Alternative content

21:27 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vaşinqtondakı Milli Kafedral Kilsədə ata Corc Buş ilə vida mərasimi keçirilib
Vaşinqtondakı Milli Kafedral Kilsədə ata Corc Buş ilə vida mərasimi keçirilib
ANA SƏHİFƏ / DÜNYA
13:11 06.12.2018

Vaşinqtonda ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buş ilə dekabrın 5-də planlaşdırılan vida mərasimi ilə əlaqədar, həmin gün ABŞ-da matəm elan edilmişdir. Vida mərasimi Vaşinqtondakı Milli Kafedral Kilsədə keçirilib.

AZƏRTAC xəbər verir ki, ata Buşun bazar ertəsi Kapitoli binasında qoyulmuş, üzərinə ABŞ bayrağı örtülmüş tabutu sabiq prezidentlə vidalaşmaq arzusunda olanlar üçün Milli Kafedral Kilsəyə gətirildi. Mərasimdə minlərlə inşa, o cümlədən indiki dövlət başçısı Donald Tramp, dörd sabiq prezident – oğul Corc Buş, Cimmi Karter, Bill Klinton və Barak Obama, həmçinin dünyanın bir sıra ölkələrinin rəhbərləri iştirak edib.

Ata Corc Buş İkinci Dünya müharibəsinin qəhrəmanı kimi məşhurdur. Həmin müharibədə o, ABŞ Hərbi Hava Qüvvələrinin ən gənc təyyarəçisi olub. 1967-ci ildə C.Buş Texas ştatından ABŞ Konqresinə seçilib, sonrakı illərdə Riçard Nikson administrasiyasında ABŞ-ın BMT-də daimi nümayəndəsi, Cerald Ford administrasiyasında Amerikanın Çindəki səfiri və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, nəhayət 1981-1989-cu illərdə Ronald Reyqan administrasiyasında vitse-prezident olub.

1988-ci ildə prezident seçkilərində qalib gələrək bir prezidentlik müddətinə Ağ Evin rəhbəri olub. Ata Buşun prezidentliyi dövründə sovet qoşunlarının Əfqanıstandan çıxarılması başa çatıb, Berlin divarı sökülüb, Varşava Müqaviləsinə xitam verilib, Sovet İttifaqı dağılıb, keçmiş SSRİ-nin və Varşava müqaviləsinin iştirakçıları olan onlarca ölkə siyasi müstəqillik əldə edib.

Vaşinqtonda vida mərasimi başa çatandan sonra ata Corc Buşun tabutu Hyustona aparılacaq, orada o, Prezident Kitabxanasının və Kollec Station Muzeyinin ərazisində arvadı Barbara Buşun və qızı Robinin məzarları yanında dəfn ediləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM