Alternative content

20:59 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ceyhun Hacıbəylinin gəlini və nəvəsi ilə görüş olub
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ceyhun Hacıbəylinin gəlini və nəvəsi ilə görüş olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:51 06.12.2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə bağlı görülən işlər, onlara göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu məsələni sosial siyasətin prioritet istiqaməti kimi müəyyən edən Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin və maddi rifahının yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşır.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini, Cümhuriyyətin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və xaricdə silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Dövlət Komitəsinin sədri onun qurucularından biri kimi Ceyhun Hacıbəylinin də xatirəsinə xalqımızın böyük ehtiram göstərdiyini bildirib. Azərbaycana görkəmli şəxsiyyətlər bəxş etmiş Hacıbəylilər nəslinin doğma yurdu Qarabağın, Şuşa şəhərinin hələ də təcavüzkar Ermənistanın işğalı altında olduğu, orada xalqımıza məxsus zəngin maddi-mədəni irsin talan edildiyi təəssüf hissi ilə xatırladılıb. Hazırda şuşalıların da, ərazisi işğal edilmiş digər yaşayış məntəqələrimizin sakinləri kimi, məcburi köçkün həyatı yaşadığı vurğulanaraq, işğalçılıq siyasətinə son qoyması üçün onların dünya birliyindən, beynəlxalq ictimaiyyətdən Ermənistana qarşı təsirli tədbirlər gözlədiyi, həmçinin xalqımızla bağlılığı olan hər bir sülhpərvər və vicdanlı insanın bu məsələdə qətiyyətli mövqe göstərməsinin vacibliyi qeyd edilib.

Paskal Hacıbəyli Buşe və Benjamin Buşe səmimi qəbula görə təşəkkür ediblər. Artıq üçüncü dəfədir Bakıda olduqlarını deyən qonaqlar şəhərin daha müasirləşdiyini və inkişaf etdiyini qeyd ediblər. Azərbaycanda məcburi köçkünlərə göstərilən dövlət qayğısından xəbərdar olan qonaqlar bunun dünya üçün nümunəvi addım olduğunu vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM