06 Dekabr 2018 12:47
915
Elm və texnika
A- A+

AMEA-nın prezidenti Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Ukraynadakı səfirliyinin binasında keçirilən görüş tələbələrin problemlərini və təkliflərini dinləmək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görüləcək işləri müzakirə etmək məqsədi daşıyıb.

Prezident İlham Əliyevin elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan A.Əlizadə ölkəmizdə gənc alimlərin stimullaşdırılması üçün köklü islahatların aparıldığını qeyd edib. Bildirib ki, AMEA gənc alimlərin sosial vəziyyətinin gücləndirilməsi üçün işləri davam etdirir. "Məqsədimiz gənclərin elmə marağını artırmaqdır. Gənc kadrların yetişdirilməsi AMEA-nın ən prioritet istiqamətlərindən biridir”, - deyə A.Əlizadə əlavə edib. AMEA-nın prezidenti Azərbaycanda elm və təhsil sahəsində son illər əldə olunan nailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın Ukraynadakı səfir Azər Xudiyev isə çıxışında azərbaycanlı tələbələri daha aktiv olmağa çağırıb və bildirib ki, səfirlik gənclərin kreativ layihələrini dəyərləndirməyə hazırdır. O deyib: "Bu gün Azərbaycan elmi inkişaf edir, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilir. Bu prosesin əsasında Prezident İlham Əliyevin böyük qayğısı dayanır”, - deyə səfir əlavə edib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Füzuli Qurbanov elmin inkişafı ilə bağlı həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə olunmasının, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsinin, qabaqcıl texnologiyaların tətbiqinin, elmlərarası əlaqələrin daha da inkişafının xüsusi aktuallıq kəsb etdiyini vurğulayıblar.

Daha sonra tələbələr müxtəlif təkliflərlə çıxış ediblər. AMEA-nın prezidenti təkliflərə baxılaraq dəyərləndiriləcəyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video