06 Dekabr 2018 00:47
407
İQTİSADİYYAT
A- A+

4 min insanı rahatlığa qovuşduran layihə


Qax-Qıpçaq-Ağyazı avtomobil yolu 13 kəndi əhatə edir


Ölkə ərazisində həyata keçirilən tikinti-quruculuq işləri arasında yol infrastrukturunun yenilənməsinə xüsusi qayğı ilə yanaşılır. Dövlət başçısının müvafiq sərəncamları ilə ayrılan vəsaitlər hesabına təkcə paytaxta yaxın kənd və qəsəbələrdə deyil, ən ucqar məntəqələrdə yaşayanlar da yol sarıdan rahatlığa çıxırlar.

Qax rayonunda da son illər istər magistral, istər rayondaxili, istərsə də kəndarası yolların tikintisinə xüsusi diqqət göstərilir. Bu səbəbdən Qax təkcə gözəl təbiəti ilə deyil, həm də abad yolları ilə fərqlənir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "13 №-li Yol İstismarı” MMC-nin baş mühəndisi Rövşən Heydərovla da söhbətimiz bu barədə oldu. O dedi ki, rayonda yol infrastrukturunun yenidən qurulması istiqamətində vacib layihələr icra olunur: "Bunlardan biri də cari ilin oktyabr ayının 28-də Prezident İlham Əliyevin açılışını etdiyi Qax-Qıpçaq-Ağyazı avtomobil yoludur. Yolun uzunluğu ümumilikdə 44,5 kilometrdir və III-IV-V texniki dərəcələrə uyğun olaraq tikilib. Bu, son illər rayonda yol infrastrukturu üzrə icra olunan dördüncü, 2017-ci ildə inşası başa çatdırılmış Zəyəm-Lələli avtomobil yolunun inşasından sonra isə ikinci böyük layihədir”.

4 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax-Qıpçaq-Ağyazı avtomobil yolu asfalt beton örtüklüdür. Yol salınan zaman 288,7 min kubmetr torpaq işləri görülüb, Qax şəhərinin girişində yolun dağ yamacı hissəsində çay daşından 2250 metrlik istinad divarı tikilib, ümumi uzunluğu 69 metr olan 2 körpüdə təmir işləri aparılıb, 210 müxtəlif yol nişanları və göstərici lövhələr, 10 avtodayanacaq quraşdırılıb.

Bu yolun çəkilməsi Qax rayonu üçün böyük iqtisadi əhəmiyyətə malikdir. Sakinlərin rayon mərkəzinə gediş-gəlişini rahatlaşdıran yol həm fərdi təsərrüfatlarda, həm də pay torpaqlarında əkib-becərilən məhsulların bazarlara daşınmasını asanlaşdırıb. Üstəlik yeni yol Yevlax istiqamətindən gələn yolu 15 kilometr qısaldıb. İndi "Kötüklü” dəmiryol stansiyasına gedib-gəlmək də xeyli rahatdır.

Müsahibimiz müəssisənin qış mövsümünə hazırlığı ilə bağlı texniki təminatın yüksək səviyyədə olduğunu dedi. Bildirdi ki, kollektivin qarşısına qoyulan əsas məqsəd hava şəraitindən asılı olmayaraq hər zaman hərəkətin intensivliyini təmin etməkdir.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video