Alternative content

22:11 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV FİG-in konqresi Bakıda tarixi qərarlar qəbul etdi
FİG-in konqresi Bakıda tarixi qərarlar qəbul etdi
ANA SƏHİFƏ / İDMAN
00:39 06.12.2018


Müasir Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmana və Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İdmançılarımız müntəzəm olaraq mötəbər beynəlxalq turnirlərdə iştirak edir, vətənə medallarla qayıdırlar.

Azərbaycanda sevilən idman növlərindən biri də gimnastikadır. Gimnastlarımız mühüm yarışlarda layiqli çıxışları ilə böyük uğurlar qazanıblar. Artıq özünəməxsus məşqçilik ənənələri də formalaşmışdır. Ölkəmizdə müntəzəm olaraq Avropa və dünya çempionatları keçirilir. Hazırda Azərbaycan gimnastika məktəbi dünya idman ictimaiyyəti tərəfindən tanınır. Ölkəmizdə gimnastikanın müxtəlif növləri - bədii gimnastika, kişi və qadın idman gimnastikası, aerobika və akrobatika gimnastikası, tamblinq və batut inkişaf edir.

Qazanılan nailiyyətlərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban xanım Əliyevanın böyük əməyi olmuşdur. Hazırda AGF mötəbər beynəlxalq yarışların keçirilməsi, Azərbaycanın dünya idmanında layiqli təmsil olunması üçün texniki və təşkilati vəzifələri yerinə yetirməyi bacaran peşəkar mütəxəssislərdən ibarət bir komandadır. Təsadüfi deyil ki, bu günlərdə Beynəlxalq Gimnastika Federasiyasının (FİG) 82-ci Konqresi məhz Bakıda keçirilmiş və tədbirdə gimnastikanın gələcək inkişafına dair bir sıra vacib qərarlar qəbul olunmuşdur. Bunlardan biri parkur idman növünün FİG ailəsinə daxil olmasıdır. Hələ ötən il beynəlxalq federasiya parkur üzrə texniki komissiyanı formalaşdırmağa başlamışdır. Cari mövsümdə isə bu idman növü üzrə dünya kubokunun bir neçə yarışı keçirilmişdir. İndi parkur rəsmən gimnastikanın tərkib hissəsi olmuşdur. Dekabrın 4-5-də paytaxtımızda FİG-in tərkibinə daxil olan federasiyaların iştirakı ilə ilk tanışlıq seminarı keçirilmişdir. Forum iştirakçıları təqdimat mərasimində parkur barədə və onun gələcək inkişaf strategiyası haqqında hərtərəfli məlumatlandırılmışlar.

Konqresin yekunlarına görə, Etika Fondunun yaradılması təsdiq edilmişdir. Fond gimnastikada zorakılığın qarşısının alınması üçün məsuliyyət daşıyacaq. Hələ fevral ayında FİG prezidenti Morinari Vatanabe müstəqil orqan yaratmaq təklifi ilə çıxış etmişdi. Fond fəaliyyətində beynəlxalq federasiyadan asılı olmayacaq və özünü zorakılığın bütün formaları və etik prinsiplərin pozulması ilə mübarizəyə həsr edəcək.

Konqresdə Tokio Olimpiadasından sonra təsnifat yarışlarının keçirilməsi də müzakirə olunmuşdur. Qərara alınmışdır ki, seçmə yarışların keçirilməsi qaydaları Yaponiyada keçiriləcək 2020-ci il Olimpiya Oyunlarından sonra da əvvəlki kimi qalacaq.

Bakı konqresində qəbul olunmuş daha bir qərarla 2022-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Bu tədbir sentyabrın 12-18-də baş tutacaq.

Gələn il iyulun 19-21-də isə Rusiyanın paytaxtı Moskva şəhəri yuniorlar arasında bədii gimnastika üzrə dünya birinciliyinə evsahibliyi edəcək.

AGF-nin vitse-prezidenti Altay Həsənov 2019-cu ildə Bakıda bədii gimnastika üzrə dünya çempionatının və gimnastikanın digər növləri üzrə dünya kuboku yarışlarının keçiriləcəyini bildirmişdir. O vurğulamışdır ki, AGF-nin qrafiki sıx olsa da, "biz, həmişəki kimi, hər şeyin öhdəsindən gələcəyik”. Ötən il AGF yenə də dünyada ən yaxşı federasiyalardan biri seçilmişdir. Konqresdə qəbul olunmuş qərarlar dünya gimnastikasının inkişafına təkan verəcək.

FİG konqresinin iştirakçıları tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmişlər. Avropa Gimnastika İttifaqının (UEG) baş direktoru Liza Vortman bildirmişdir ki, "Azərbaycan həmişə tədbirləri yüksək səviyyədə keçirir və Bakıda bu cür forumları necə keçirməyi öyrənmək olar”. O, həmçinin UEG prezidenti Fərid Qayıbovun işini yüksək qiymətləndirərək deyib: "Bu onun yeni vəzifədə birinci fəaliyyət ilidir. F.Qayıbovla və icraiyyə komitəsinin digər üzvləri ilə birgə gələcək planları müzakirə etdik. Bizim çoxlu ideyalarımız var. Onlardan bəzilərini reallaşdırmışıq, qalanları isə, ümid edirəm ki, yaxın gələcəkdə reallaşdırılacaq”.

Panamerika Gimnastika İttifaqının prezidenti və FİG İcraiyyə Komitəsinin üzvü Naomi Valenzo da AGF-nin fəaliyyətini yüksək qiymətləndirmişdir: "Heç də bütün federasiyalar bu cür tədbir keçirməyi öhdəsinə götürə bilməz. Konqres çox yaxşı keçdi, vacib məsələlər müzakirə olundu. Bunlardan biri də parkurun gimnastika növləri siyahısına daxil edilməsidir”.

Rizvan CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM