Alternative content

21:30 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Rəssamlıq Akademiyasında Tahir Salahovun yubileyi qeyd edilib
Rusiya Rəssamlıq Akademiyasında Tahir Salahovun yubileyi qeyd edilib
ANA SƏHİFƏ / Mədəniyyət
00:34 06.12.2018


Moskvada, Rusiya Rəssamlıq Akademiyasında Tahir Salahovun yubileyi qeyd edilib.


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın və Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı Laureatı Tahir Salahovu yubileyi münasibətilə təbrik edərək deyib: "Böyük həmyerlimiz Tahir Salahovu yubileyi münasibətilə təbrik etmək mənim üçün böyük şərəfdir. Mənim fikrimcə, bizim dövrdə 90 il yaşamaq və həyat eşqi ilə dolu, cəmiyyətə, öz ailəsinə, dostlarına faydalı olmaq böyük hünərdir”.

AZƏRTAC xəbər verir ki, Rusiya Rəssamlıq Akademiyasında rəssamın yubiley gecəsində çıxış edən səfir Tahir Salahovun doğum gününün Azərbaycanda böyük bayram olduğunu qeyd edib. "Bizim möhtərəm Prezident İlham Əliyev Tahir Teymur oğlunun ölkəmizin bütün dövlət təltiflərinə layiq görüldüyünü vurğulayıb. Azərbaycanda yeni dövlət təltifi - "Əmək” ordeni təsis olunub. Tahir Teymur oğlu da bu ordenin birinci dərəcəsi ilə təltif edilib. Noyabrın 29-da Prezident İlham Əliyev yubilyara zəng vurub və onunla xeyli söhbət edib”, - deyən səfir daha sonra əlavə edib ki, böyük ustadın yaradıcılığı hər hansı orden, medal və təltiflərdən daha parlaqdır.

P.Bülbüloğlu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Tahir Salahova təbrikini oxuyub.

Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin yubilyara təbrik məktubunu oxuyub. Tahir Salahovun canlı klassik olduğunu qeyd edən O.Qolodets daha sonra deyib: "Biz hamımız Sizin əsərlərinizlə tanışıq və onları sevirik. 2016-cı ildə Tretyakov Qalereyasında Sizin sərginiz keçirildi. Sizin işləriniz Tretyakov Qalereyasında daim nümayiş etdirilir və bütün dünyada yüksək qiymətləndirilir. Sizə uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm”.

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli yubilyara I dərəcəli "İncəsənətə xidmətə görə” ordenini təqdim edib.

Tahir Salahovun qızı, rəngkar və heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü Aydan Salahova jurnalistlərə müsahibəsində qeyd edib ki, Tahir Salahov istedadlı rəssamların bütöv bir nəslini yetişdirib. A.Salahova deyib: "Yubiley günündə Tahir Salahovun Vyetnam, Əlcəzair, Meksika, Hollandiya və digər ölkələrdən olan şagirdlərindən minnətdarlıq sözləri səslənib. O, bizə rəsm sənətinin, rəngkarlığın sirlərini, lakonikliyi öyrətməklə bərabər, həm də həyat məktəbi, həyat dərsi keçib - incəsənətə üstünlük verməyi və bu istiqamətdə irəliləməyi öyrədib”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM