06 Dekabr 2018 00:33
739
Elm və texnika
A- A+

Fikrət Əliyev: “Jurnalımızın “Web of Science Awards 2018” mükafatına layiq görülməsi Azərbaycan elminin böyük nailiyyətidir”


"Tətbiqi və Hesablama Riyaziyyatı” ("Applied and Computational Mathematics”) jurnalının "Web of Science Awards 2018” mükafatına (Q1 siyahısına daxil olmaq nominasiyası) layiq görülməsi Azərbaycan elminin böyük nailiyyətidir. Azərbaycan alimlərinin əməyinin bu cür yüksək səviyyədə qiymətləndirilməsi bizi ruhlandırır və gələcəkdə daha səmərəli işləmək üçün qarşımıza böyük vəzifələr qoyur.

Bunu AZƏRTAC-a müsahibəsində "Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalının baş redaktoru, Bakı Dövlət Universiteti (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Fikrət Əliyev söyləyib.

Müasir dövrdə ölkəmizdə elm sahəsinin inkişafında mühüm addımların atıldığını qeyd edən F.Əliyev "Web of Science” təşkilatı tərəfindən institut və jurnalların, müxtəlif sahələrdə çalışan alimlərin fəaliyyətinin qiymətləndirildiyini söyləyib.

Akademik bildirib ki, 2002-ci ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və AMEA-nın dəstəyi ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda buraxılan "Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalı Azərbaycanın elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə "Thomson Reuters” agentliyinin (indiki "Clarivate Analytics”) genişləndirilmiş siyahısına daxil edilib. Jurnal 2010-cu ildən impakt faktor (keyfiyyət dərəcəsi) alıb. Ötən 8 ildə jurnal bu sahədə öz liderliyini qoruyub saxlaya bilib. "Tətbiqi və Hesablama Riyaziyyatı” "Web of Science” təşkilatının yeganə impakt faktorlu Azərbaycan elmi jurnalıdır.

Son zamanlar Azərbaycanın bir sıra jurnallarının bu təşkilatın siyahısına daxil edildiyini deyən alim həmin nəşrlərin hələlik heç birinin keyfiyyət dərəcəsinin olmadığını bildirib.

F.Əliyev diqqətə çatdırıb ki, 2017-ci il üçün "Tətbiqi və Hesablama Riyaziyyatı” beynəlxalq elmi jurnalının keyfiyyət dərəcəsi 2.365-ə yüksəlib. Jurnal dünyada bu siyahıda tətbiqi riyaziyyat, yüksək texnologiyalar sahəsi üzrə yer alan 252 beynəlxalq nəşr arasında 19-cu, Avropa İttifaqında 4-cü, keçmiş sovet ölkələri sırasında isə 1-ci yerdədir. Beynəlxalq elmi jurnalının redaksiya heyətinə dünyanın 18 ölkəsindən 32 görkəmli alim daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video