05 Dekabr 2018 21:54
302
İQTİSADİYYAT
A- A+

ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyəti Gömrük Komitəsində olub



Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması, gömrük rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verib.

Görüşdə Azərbaycan-Gürcüstan sərhədində tikilməsi planlaşdırılan və "one stop” prinsipinə əsaslanan "İpək Yolu” gömrük-sərhəd keçid məntəqəsində texniki ehtiyaclarla bağlı ABŞ tərəfinin təcrübəsindən yararlanmağın mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, sözügedən gömrük-sərhəd keçid məntəqəsinin istifadəyə verilməsi Qara dənizlə Xəzər dənizi arasında yüklərin maneəsiz və sürətli daşınmasına münbit şərait yaradacaq.

Sonra nümayəndə heyət Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzi ilə tanış olub.

Qonaqlara Mərkəzin fəaliyyət istiqamətləri, imkanları, gömrük-sərhəd keçid məntəqələrində istismar edilən yük yoxlama sistemləri və baxış texnikası vasitəsilə əldə edilən təsvirlərə ikinci nəzarətin həyata keçirilməsi və digər məsələlər barədə məlumat verilib. Eyni zamanda, ABŞ tərəfindən reallaşdırılan müxtəlif layihələr çərçivəsində Azərbaycan gömrük orqanlarına texniki dəstəyin göstərilməsi, gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində beynəlxalq treninqlərin təşkili və yaxın gələcəkdə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, beynəlxalq dəniz limanlarında gömrük işinin təkmilləşdirilməsi və bu sahədə ABŞ-da əldə edilən qabaqcıl təcrübənin öyrənilməsi imkanları müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video