05 Dekabr 2018 15:32
391
İQTİSADİYYAT
A- A+

Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli sazişə dair danışıqlar aparılıb


Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni ikitərəfli sazişə dair danışıqlar aparılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Avropa İttifaqı rəsmilərinin iştirakı ilə təşkil olunmuş danışıqlar prosesində çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini, tərəflər arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Viza və Readmissiya haqqında sazişlərin, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü kimi mühüm sənədlərin imzalandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Aİ ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi iri layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın tranzit qovşağı kimi əhəmiyyətini daha da artırır. Azərbaycanın xarici ticarət dövriyyəsində əsas yeri Avropa İttifaqı ölkələri tutur.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının davamlı olaraq genişləndirilməsində maraqlı olduğunu vurğulayan nazir Şahin Mustafayev yeni Sazişin hazırlanmasının Azərbaycan Respublikası Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən 2017-ci ildə elan olunduğunu, Sazişlə bağlı danışıqların davam etdirildiyini, görüşlərin və videokonfransların təşkil olunduğunu bildirib.

İqtisadiyyat naziri Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli Sazişin əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Luk Devin əlaqələrin genişləndirilməsi və yeni ikitərəfli Saziş layihəsi barədə fikirlərini bölüşüb, sənədin Aİ və Azərbaycan arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video