Alternative content

13:37 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İştaha artıran naringi hansı xəstəliklərə qarşı faydalıdır?
İştaha artıran naringi hansı xəstəliklərə qarşı faydalıdır?
ANA SƏHİFƏ / Səhiyyə
15:27 05.12.2018

Hər birimizin daha çox iştaha artıran meyvə kimi tanıdığımız naringi qonaqpərvər azərbaycanlı süfrəsinin bəzəyi olmaqla yanaşı, həm də bir çox xəstəliklərin müalicəsində əla vasitədir.

Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, Meyvələrlə müalicə sahəsində elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində naringinin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışarkən deyib: "Sortlardan asılı olaraq naringinin tərkibi müxtəlifdir. Bir qrup sortlar yüksək şəkərliliyi, digərləri isə tərkibində çoxlu üzvi turşular olması ilə fərqlənir. Eyni zamanda, bütün sortlar yüksək vitaminlidir. Tərkibində şəkər (fruktoza, qlükoza), limon turşusu, pektin maddələri, A, B1, B2, C, PP vitaminləri, mineral maddələr və digər elementlər var. Naringi meyvələri bədxassəli şişlərin, aterosklerioz, piylənmə, podaqra, sinqa, anemiya, hipertoniya, soyuqdəymə, infeksion xəstəliklər, şişmə, qəbizlik, dəri və digər xəstəliklərin kompleks müalicəsində istifadə olunur”.

Fitonsid xüsusiyyəti olduğundan naringi meyvələri mikrob əleyhinə təsir göstərərək bağırsağın işini nizamlayır. Yüngül səviyyədə bərkidici fəaliyyət göstərir. Ümumi əhval-ruhiyyəni yaxşılaşdırır, həzmi gücləndirir, iştahanı artırır.

Alim bildirib ki, naringinin qabığının sulu məhlulu iştahanı artırır, həzmi yaxşılaşdırır, öskürəyi yumşaldır, qurudulmuş qabıqdan alınmış həlim öskürəyi kəsir, bronxit, ürək bulanması zamanı sakitləşdirici təsir göstərir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM