Alternative content

14:50 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
03:47 23.01.2019 Acı həqiqətlər
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub, ABŞ-ın 41-ci Prezidenti Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub, ABŞ-ın 41-ci Prezidenti Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib YENİLƏNİB
ANA SƏHİFƏ / Tədbirlər
12:55 05.12.2018

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinə gələrək ABŞ-ın 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Vilyam Gill Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlətimizin başçısı Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verdi, matəm kitabına ürək sözlərini yazdı.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gill ilə söhbət etdi və ona başsağlığı verdi. Dövlətimizin başçısı mərhum Prezident Corc Buşun Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yaradılmasında və inkişafında rolunu xüsusi vurğuladı. Prezident İlham Əliyev mərhum Prezident Corc Buşun ulu öndər Heydər Əliyevlə yaxın münasibətlərini, vaxtilə onun Heydər Əliyevi öz evində qəbul etməsini xatırladı, bunun çox vacib və unudulmaz bir görüş olduğunu dedi. Ulu Öndərin ona göstərilmiş hörmətdən, səmimi görüşdən çox təsirləndiyini bildirdi. Dövlətimizin başçısı 2004-cü ildə keçirilən Afina Yay Olimpiya Oyunlarının açılış mərasimi ilə əlaqədar təşkil olunan qəbulda mərhum Corc Buşla görüşdüyünü və onunla söhbət etdiyini yada saldı.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gill Prezident İlham Əliyevin səfirliyə gəlməsindən böyük şərəf duyduğunu bildirdi. O qeyd etdi ki, Corc Buş Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik münasibətlər quran Amerika Birləşmiş Ştatları Prezidenti kimi ölkələrimiz arasında güclü münasibətlərin təməlini qoyub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM