Alternative content

15:23 19 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:28 19.07.2019 Böyük islahatlar ili
00:26 19.07.2019 İpək kimi
00:24 19.07.2019 Bakıda idman bayramı
00:22 19.07.2019 Yollar yenidən qurulur
00:21 19.07.2019 Hər uşaq bir ümiddir
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV XXIV beynəlxalq “Bakutel-2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının iştirakçılarına
XXIV beynəlxalq “Bakutel-2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının iştirakçılarına
ANA SƏHİFƏ / Məktublar
01:17 05.12.2018


Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində XXIV beynəlxalq "Bakutel-2018” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi və konfransının açılışı münasibətilə səmimi salamlayır, hər birinizə uğurlar arzulayıram.

Yüksək texnologiyalar sahəsində mühüm hadisələrdən olan sərgi və konfransınızın informasiya-kommunikasiya texnologiyaları sektoru nümayəndələrinin ənənəvi görüş məkanına çevrilməsi sevindirici haldır. Ən son yeniliklərin və texnoloji nailiyyətlərin nümayiş etdirilməsi baxımından geniş imkanlara malik "Bakutel” platformasında informasiya-kommunikasiya sənayesi təmsilçiləri, aparıcı biznes rəhbərləri və mütəxəssislər özlərinin qlobal əhəmiyyətli layihələr və eləcə də gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşərək həlledici qərarlar qəbul edirlər.

Bu gün Azərbaycanda telekommunikasiya üzrə yeni texnologiyaların tətbiqi və xidmət şəbəkəsinin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə yaradılmış "Şəbəkə” xidmət mərkəzlərinin sayı davamlı artırılır. İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyət həyatının ayrı-ayrı sahələrində geniş tətbiqi və məlumatların vahid mərkəzdə təhlükəsiz saxlanması üçün beynəlxalq səviyyədə təhlükəsizlik standartlarına cavab verən Data Mərkəzi qurulmuşdur.

Azərbaycan Poçtu ənənəvi xidmətlərlə yanaşı, bank-maliyyə xidmətləri də göstərir. Milli poçtumuz beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyətə başlamışdır. İnformasiya-kommunikasiya texnologiyalarına marağın artırılması və gənclərin innovativ ideyalarına dəstək məqsədilə paytaxtda, həmçinin bölgələrdə "İdeyadan Biznesə” startap turları və müxtəlif yarışlar təşkil olunur. Bu yaxınlarda ölkəmizdə ilk dəfə olaraq beynəlxalq "İnnovasiyalar həftəsi” keçirilmişdir. Layihə çərçivəsində ziyarətçilər yüksək texnologiyalar və innovasiyalara dair yeniliklərlə yaxından tanış olmaq imkanı qazanmışlar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılmasının ölkəmizdə yüksək texnologiyaların inkişaf tempini daha da artıracağına əminliyimi ifadə etmək istərdim. İnanıram ki, sərgi və konfrans aparacağınız geniş müzakirələr və keçirəcəyiniz səmərəli görüşlərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin dərinləşməsinə və yeni təşəbbüslərin meydana çıxmasına yol açacaq, informasiya-kommunikasiya texnologiyaları sənayesinin inkişafına öz töhfəsini verəcəkdir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 dekabr 2018-ci il



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM