05 Dekabr 2018 01:13
371
İQTİSADİYYAT
A- A+

İtirilmiş 210 meqavat güc bərpa olunub


Cari ilin iyul ayında baş vermiş məlum hadisənin təkrarlanmaması üçün sentyabr ayından etibarən ölkənin elektrik enerjisi sistemi üzrə "itirilmiş” generasiya güclərinin bərpası, sabit generasiya güclərinin təmin edilməsi üçün "Azərenerji” tərəfindən tədbirlər görülür.

Bu tədbirlər nəticəsində 780 meqavat layihə gücündə olan "Cənub” elektrik stansiyasının yükü 520 meqavatdan 700 meqavata qaldırılmaqla 180 meqavat itirilmiş güc bərpa olunub. Müqayisə üçün qeyd edək ki, 180 meqavat güc orta hesabla 5 rayonun elektrik enerji tələbatı miqyasındadır. "Cənub” ES-də aparılan planlı təmir işləri davam edir və yaxın zamanlarda yük məhdudiyyəti tam aradan qaldırılacaq.

"Şimal” ES-də də aparılan təmir və bərpa işləri nəticəsində stansiyanın gücü 350 meqavatdan 370 meqavata yüksəlib. Eyni zamanda, "Şimal” ES-dən Abşeron regionunun enerji təminatını təmin edən elektrik verilişi xətlərində profilaktik təmir işləri aparılıb, stansiyanın təsirlənmə sistemində olan qüsur "ABB” şirkətinin nümayəndələrinin iştirakı ilə həll edilib, nəticədə 20 meqavat güc məhdudiyyəti aradan qaldırılıb.

"Bakı” ES-də isə yarımstansiyadan çıxan 110 kilovoltluq 3-cü və 4-cü "8 km” elektrik verilişi hava xətlərinin 2,1 kilometrlik hissəsindəki naqillərin en kəsiyi böyük olan naqillərlə əvəz edilib və bununla da "Bakı” ES-də 10 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Nəticədə stansiyanın yükü 80 meqavatdan 90 meqavata çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video