04 Dekabr 2018 18:00
299
DÜNYA
A- A+

İranda fəhlələrin tətili davam edir


İRNA agentliyinin xəbərinə görə, Əhvaz şəhərində poladtökmə zavodunun fəhlələri, habelə Şuş şəhərində şəkər zavodunun işçiləri aylarla əməkhaqqı almadıqlarına görə tətilə başlamışlar. Abadan şəhərinin üç müxtəlif bələdiyyəsində fəhlələr maaşların gecikdirilməsinə etiraz əlaməti olaraq meriya binasının qarşısında toplaşmışlar.

Həmidiyyə şəhərində fəhlələr doqquz aydır məvacib almırlar. Orada təxminən 20 nəfər tətil təşkil etmişdir. Endika şəhərində Abeşdan bələdiyyəsinin fəhlələri meriya binasının qarşısında gecikdirilən əməkhaqlarını ödəməyi tələb edirlər. Əhvazda fəhlələr artıq 19 aydır maaş almırlar. Poladtökmə zavodunun fəhlələrinin tətili artıq 24 gündür davam edir.

Küçəyə çıxan fəhlələr Tehran rəhbərliyinin əleyhinə qarşı şüarlar səsləndirmişlər. Şuş şəkər zavodunun fəhlələri nümayişlər zamanı saxlanılan yoldaşlarını azadlığa buraxmağı tələb edirlər.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video