04 Dekabr 2018 17:59
247
DÜNYA
A- A+

Kolumbiya Venesuelanı küncə sıxışdırmaq istəyir


Kolumbiya Prezidenti İvan Duke bildirmişdir ki, Venesuela rejimini diplomatiya vasitəsilə küncə sıxışdırmaq lazımdır. O, bu bəyanatı Kolumbiyanın Todelar radiostansiyasına müsahibəsində səsləndirmişdir.

Duke vurğulamışdır ki, "Venesuelada diktaturanı diplomatik vasitələrlə küncə sıxışdırmaq və demokratik keçidin reallaşmasına nail olmaq çox vacibdir”. Kolumbiya lideri həmçinin həmvətənlərini venesuelalı miqrantlara münasibətdə ksenofobiya təzahürlərindən imtina etməyə çağırmışdır.

Son illər Venesuela milli valyutanın devalvasiya və hiperinflyasiya ilə müşayiət olunan kəskin sosial-iqtisadi böhran yaşayır. Parlamentin məlumatına əsasən, bu ilin yanvarından oktyabr ayınadək inflyasiya 287 min faiz təşkil etmişdir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, ilin sonu üçün inflyasiya 1 milyon faizə çata bilər.

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının İdarəsi və Beynəlxalq Miqrasiya Təşkilatı bildirmişdir ki, dünyada venesuelalı qaçqın və miqrantların sayı 3 milyon nəfərə çatmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video