04 Dekabr 2018 15:26
702
Elm və texnika
A- A+

AMEA-nın elmi müəssisə və təşkilatlarında mühasibatlıq işinin İKT təminatı məsələləri müzakirə olunub


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi müəssisələrinin Direktorları Şurasının növbəti iclasında müzakirə olunan məsələlərdən biri də AMEA-da mühasibatlıq işinin İKT təminatı məsələləri olub.

AZƏRTAC xəbər verir ki, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev elmi müəssisə və təşkilatlarda mühasibatlıq işinin İKT təminatı məsələlərindən danışıb.

Akademik bildirib ki, ölkəmizdə maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi respublikada dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların fəaliyyətinin avtomatlaşdırılması istiqamətində bir neçə layihəni həyata keçirməkdədir. Bu layihələrdən biri də müəssisələrin mühasibat uçotu və maliyyə fəaliyyətinin avtomatlaşdırılmasını nəzərdə tutan "Müəssisə Resurslarının İdarəedilməsi Sistemi – "ERP”dir.

R.Əliquliyev "ERP” proqram təminatının müasir dünya təcrübəsinə əsaslanan maliyyə və mühasibatlıq sistemini respublikanın büdcə təşkilatlarında tətbiq etməklə dövlət siyasəti və vəsaitlərinin analizi sahəsində potensialın gücləndirilməsi və modernləşdirilməsinə dəstək verilməsi məqsədilə həyata keçirilən "Büdcə Təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları – FARABI” layihəsi çərçivəsində hazırlandığını bildirib.

Maliyyə Nazirliyində dövlət büdcəsindən maliyyələşən təşkilatların mühasibat uçotuna dair məlumatlarının mərkəzi serverinin yerləşdiyi Data Mərkəzin fəaliyyət göstərdiyini vurğulayan R.Əliquliyev burada ümumilikdə müəssisələrin fəaliyyətinin avtomatlaşdırılmasına xidmət edən, eləcə də mühasibatlıq sistemində toplanmış məlumatların analitik emalını həyata keçirən 14 moduldan ibarət proqram təminatının təqdim olunduğunu diqqətə çatdırıb.

Ölkəmizdə yüzlərlə təşkilatın bu sistemə qoşulduğunu deyən alim AMEA-da 2016-cı ildən sistemə qoşulma istiqamətində işlərin aparıldığını və artıq akademiyanın 35 elmi müəssisə və təşkilatının sistemdən istifadə etdiyini, 12 təşkilatda işə qoşulma işlərinin ilin sonunadək yekunlaşdırılmasının nəzərdə tutulduğunu deyib.

Alim ölkəmizdə elektron hökumətin seqmenti olan elektron maliyyə sisteminin yüksək səviyyədə həyata keçirildiyini, Azərbaycanda dünya standartlarına cavab verən milli İKT məhsulunun yaradılmasının sevindirici hal olduğunu söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video