04 Dekabr 2018 15:22
684
Elm və texnika
A- A+

Yaponiyanın məşhur telekanalı Bakı Ali Neft Məktəbində çəkilişlər aparıb


Yaponiyanın məşhur "Fuji” telekanalı özünün "Naruhodo! The World” proqramı üçün çəkilişlərinin bir hissəsini Bakı Ali Neft Məktəbində (BANM) aparıb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, ilk dəfə 1981-ci ildə yayımlanan proqram bu günədək 700-dən çox verilişlə ekrana çıxıb və proqramın növbəti verilişinin məhz Azərbaycana həsr edilməsi nəzərdə tutulub. Gələn ilin ilk günlərində efirə veriləcək veriliş ölkəmizin tarixini, milli-mədəni irsini, mətbəxini, görməli yerlərini, neft və s. kimi təbii sərvətlərini yaponlara daha yaxından tanıdacaq.

Neft sərvətindən məhrum olan yaponlar bu sahəni öz auditoriyasına daha yaxından və daha sadə dildə tanıtmaq üçün BANM ilə əməkdaşlıq ediblər. Belə ki, "Naruhodo! The World” adlı proqramın üzərində işləyən bir qrup yapon mütəxəssis ali məktəbin laboratoriyalarında, tədris otaqlarında və kampusunun yaxınlığındakı buruqlarda professor və tələbələrlə birgə çəkilişlər aparıb. Çəkilişlər zamanı tələbələrlə birgə neft üzərində təcrübələr aparılıb və müxtəlif suallar cavablandırılıb. Ali məktəbin neft-qaz mühəndisliyi kafedrasının professorları Fuad Vəliyev və Rauf Nadirov neft buruqlarının qarşısında Azərbaycan neftinin tarixi və çıxarılması üsulları haqda tələbələrə və çəkiliş komandasının üzvlərinə maraqlı faktlar deyiblər.

Proqramın koordinatoru Midori Umehara BANM-in rektoru Elmar Qasımovla görüşü zamanı Azərbaycanda yüksək standartlara cavab verən bu cür universitetin olmasını böyük maraqla qarşıladığını bildirib və qonaqpərvərliyə, çəkiliş üçün yaratdığı şəraitə görə ona "Fuji” telekanalı adından təşəkkür edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video