03 Dekabr 2018 21:56
845
Elm və texnika
A- A+

AMEA-nın professorlarının koordinasiya şurasının ilk iclası keçirilib



Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-nın professorlarının koordinasiya şurasının ilk iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclası açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə elm və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsinin şuranın əsas fəaliyyət prinsiplərindən biri olduğunu deyib.

A.Əlizadə bildirib ki, AMEA-nın professorları akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirak etməlidirlər. Onlar öz fəaliyyətlərində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, innovativ fəaliyyətin inkişaf etdirilməsinə dəstək verməli, gənc kadrların hazırlanmasında, tədris prosesində elmi nailiyyətlərin təbliğində, habelə gənclərin elmə marağının artırılması istiqamətində fəal çalışmalıdırlar. AMEA-nın professorlarının akademiyada magistrantların yüksəksəviyyəli mütəxəssis kimi yetişməsində rolu vurğulanıb.

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qeyd edib ki, "AMEA-nın professoru” elmi adının yaradılması akademiya tarixində mühüm hadisədir. O, AMEA-nın professorlarının akademiyanın gənc alimləri ilə birgə elmi aktual mövzulu tədbirlərin təşkilində, eləcə də XXI əsrdə elmin qarşısında duran prioritet vəzifə və tələblərə uyğun dissertasiya mövzuları seçilməsində yaxından iştirakının məqsədəuyğun olduğunu vurğulayıb.

Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın professorlarının akademiyanın magistrantları üçün məsləhət saatları keçirməsinin zəruriliyini qeyd edib. Bildirib ki, AMEA-nın elmi müəssisələrində magistratura təhsilində keyfiyyətin yüksəldilməsinə AMEA-nın professorları öz töhfələrini verə bilərlər. Bu da magistratura təhsili almaq istəyən gənclərin AMEA-ya daha böyük maraq göstərməsinə imkan yaradacaq.

Daha sonra iclas AMEA-nın professorlarının çıxışları və müzakirələrlə davam edib. Müzakirələrdə AMEA-nın professorlarının iştirakı ilə kadr hazırlığı, magistrantlar üçün qrant müsabiqələrinin və yay məktəblərinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda şuranın fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video