03 Dekabr 2018 16:56
397
DÜNYA
A- A+

Fransada etiraz aksiyaları qiyama çevrildi


Fransada avtomobil yanacağının qiymətinin artmasına etiraz əlaməti olaraq başlamış kütləvi aksiyalar Prezident Emmanüel Makron və hökumətə qarşı qiyama çevrilmişdir. Srağagünkü aksiyalar zamanı polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə etmişdir. Nümayişçilər Paris küçələrində avtomobillərə və zibil qutularına od vurmuş, polisə daş və butulkalar atmışlar. Aksiyalarda təxminən 75 min nəfər iştirak etmişdir.

Etirazlar zamanı 287 nəfər saxlanmış, azı 110 nəfər, o cümlədən 17 polis əməkdaşı yaralanmışdır. Ümumilikdə ötən ayın 17-dən bəri davam edən nümayişlərdə baş vermiş iğtişaşlar nəticəsində 2 nəfər həlak olmuş, 890 nəfər, o cümlədən 158 polis əməkdaşı yaralanmış, 1081 nəfər saxlanmış və 9 fəal 4 ay müddətinə azadlıqdan məhrum edilmişdir.

"Frans Press” agentliyinin xəbərinə görə, dünən 140 nəfər Parisdə məhkəmə qarşısına çıxarılmışdır. Daha 111 nəfərin saxlanma müddəti uzadılmışdır. Prokurorluqdan bildirmişlər ki, saxlanılanlar arasında həddi-bülluğa çatmamış 33 nəfər var.

Son məlumata görə, nümayişçilər hökumətin istefasını və Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Pyer de Vilyenin Baş nazir təyin olunmasını tələb etmişlər.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video