Alternative content

14:50 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
03:47 23.01.2019 Acı həqiqətlər
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir
Dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir
ANA SƏHİFƏ / DÜNYA
13:17 03.12.2018

Daltonizm-rəng korluğu gözün görmə mərkəzindəki xüsusi piqmentlərin yoxluğu və yaxud əskikliyi nəticəsində yaranan xəstəlikdir. Problemə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə olan konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hansısa birinin və ya hər üçünün az olması, yaxud da heç olmamasıdır. Bu patoloji hala ilk dəfə olaraq 1798-ci ildə ingilis Con Dalton adlı bir kişidə rast gəlinib. Sonradan onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasından AZƏRTAC-a bildiriblər ki, irsən keçən bu xəstəliyə ən çox oğlan uşaqlarında rast gəlinir. Lakin az hallarda da qız uşaqları da bu çatışmazlıqdan əziyyət çəkirlər. Əgər bu xəstəlik valideynlərdən birində varsa, bu, oğlan uşaqlarında rast gəlinməsi üçün yetərli səbəbdir. Hər iki valideynin daltonik olması qız uşaqlarında bu xəstəliyin əmələ gəlməsinə səbəb olur. Daltonik bir kişinin qızı heç vaxt daltonik olmur, lakin əlamətləri özündə daşıyır və gələcəkdə onun oğlu bu problemlə doğula bilər. Hazırda dünyada kişilərin 8, qadınların isə 0,5 faizi daltonikdir.

Daltonizm tam və qismən rəng korluğu olmaqla iki qrupa ayrılır. Uşaqlıq və ya yeniyetmə dövründən başlayan daltonizm yaş artdıqca ağırlaşır. Xəstəliyin əmələ gəlməsinin başlıca səbəbi genetikdir. Belə ki, problem X xromosomu üzərində daşınır. Lakin beyin travmaları, gözün üst təbəqəsinin zədələnməsi, uşaq ikən ultrabənövşəyi şüalara çox məruz qalınması da xəstəliyin yaranmasına səbəb ola bilər.

Maraqlıdır ki, daltonizmə təkcə insanlarda deyil, heyvanlarda da rast gəlinir.

Bu problemin dəqiq bir müalicəsi olmasa da, qismən rəng korluğu olduqda xromogen linza və xüsusi eynəklərlə xəstənin görə bilmədiyi rənglər parlaq bir hala gətirilə bilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM