02 Dekabr 2018 11:50
341
DÜNYA
A- A+

Keçən il dünyada 110 min insan qızılca xəstəliyindən həyatını itirib


Dünya Səhiyyə Təşkilatı dünyanın müxtəlif bölgələrində qızılca xəstəliyinin sürətlə yayılması ilə əlaqədar həyəcan təbili çalıb. Təşkilatın yaydığı məlumata görə, 2017-ci ildə dünya üzrə səhiyyə orqanlarına 190 min hal üzrə qızılca xəstəliyi barədə xəbər daxil olub, 2016-cı ildə isə bu göstərici 132 min 328 hal olub. Xəstəlik hallarının cüzi bir hissəsinin rəsmi şəkildə qeydiyyata alındığını nəzərə alsaq, ötən il dünyada bu xəstəliyi keçirənlərin sayı qeyri-rəsmi statistikaya görə 6,7 milyon nəfərdən çox olub. Keçən il dünyada 110 min insan qızılca xəstəliyindən həyatını itirib.

AZƏRTAC xəbər verir ki, təşkilatın hədəfləri sırasında peyvənd sayəsində 2020-ci ilədək qızılca xəstəliyinin kökünü kəsmək dayansa da, 2017-ci ildə xəstəliyin 30 faiz artması bu məqsədə çatmaq üçün hələ uzun müddətə ehtiyac olduğunu göstərir. Beynəlxalq təşkilatın peyvəndlər üzrə ixtisas şöbəsinin əməkdaşı Martin Fride hesabatı şərh edərkən bildirib ki, 2000-ci ildən bəri bu xəstəliyə qarşı böyük uğurların əldə edilməsini də vurğulamaq lazımdır. Aparılan peyvəndləmə aksiyaları nəticəsində yoluxma hallarının sayı azalıb və dünyanın həssas bölgələrində 21 milyon insanın həyatını xilas etmək mümkün olub. Bununla belə dünyanın inkişaf etmiş ölkələrində bir çox insan övladlarının peyvənd olunmasına etiraz edərək, onların həyatını böyük təhlükə qarşısında qoyurlar. Bəzi "ekspert”lərin peyvənd əleyhinə apardıqları kampaniya da cəmiyyətdə özünə yetərincə tərəfdar tapa bilir.

Ekspert həssas regionlarda peyvəndləmə aksiyalarına ciddi diqqət ayırmaqla yanaşı, bir çox ölkələrdə əhali arasında maarifləndirmə işinin aparılmalı olduğunu və müxtəlif aksiyalar çərçivəsində vaxtında vurulan peyvəndin ölüm və ya qalıcı fəsadların qarşısını aldığını izah etməyin vacibliyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video