02 Dekabr 2018 11:49
268
DÜNYA
A- A+

Fransada etiraz aksiyası nəticəsində saxlanılan nümayişçilərin sayı 300-ə çatıb


Parisdə "Sarı jilet”lərin etiraz aksiyası nəticəsində 300 nümayişçi saxlanılıb və 17-si polis əməkdaşı olmaqla, 110 nəfər yaralanıb. Yaralanan nümayişçilərdən biri ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Aksiya zamanı avtomobillər yandırılıb, ticarət obyektlərinin vitrinləri sındırılıb, yollar dağıdılıb.
Yelisey çölləri küçəsinə 1 milyon avrodan çox ziyan dəydiyi bildirilir. Etiraz aksiyalarına görə Paris mehmanxanaları 10 milyon itirib. Supermarket təchizatçılarına 350 milyon avro ziyan vurulub.
Dövlət "Sarı jilet” hərəkatına görə ziyan dəyən müəssisələrə 2,5 milyon avro təzminat ödəməyə razılaşıb.
Aksiyanın davam edəcəyi bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video