02 Dekabr 2018 00:34
832
İQTİSADİYYAT
A- A+

Aqrar islahatlarda müasir texnologiyaların aparıcı rolu artır


Təkcə cari ilin 9 ayında ölkənin kənd təsərrüfatı üçün 5700-dən çox yeni texnika alınmışdır


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində kənd təsərrüfatının inkişafının daim diqqət mərkəzində olduğunu qeyd edərək bu sahədə məhsul istehsalının 4,3 faizlik artımını müsbət hal kimi qiymətləndirmişdir.

Dövlət başçısı bunu həm də kənd təsərrüfatının texniki təchizatının gücləndirilməsi ilə əlaqələndirmişdir. Yalnız cari ilin 9 ayında 5700 kənd təsərrüfatı texnikası alındığını diqqətə çatdıran Prezident İlham Əliyev bunu belə dəyərləndirmişdir: "Kənd Təsərrüfatı Nazirliyi indi çox ciddi islahatlar aparır. Mənə məruzə edildi, mən bu islahatları dəstəklədim”. Dövlət başçısı aqrar sektora həmçinin müasir texnologiyaların, elmi yanaşmaların geniş tətbiq edildiyini vurğulamış və islahatların məhsuldarlığa ciddi təsirini qeyd etmişdir.

Aqrar sektor müasir texnika və avadanlıqlarla təchiz edilməklə yanaşı, avadanlıq və mexanizmlərin Azərbaycanın iştirakı ilə üçüncü ölkələrə çıxarılması üçün də ciddi addımlar atılır, real nəticələr əldə edilir.

Öncə ölkə daxilində aqrar sektorun maşın və mexanizmlərlə təchizatını nəzərdən keçirək.

Azərbaycan müstəqilliyini elan etdikdən bir neçə il sonra torpaqların özəlləşdirilməsi müsbət nəticə versə də, fermerlər sovet dönəmindən qalan istismar müddəti bitən maşın və mexanizmlərin əlində aciz qalmışdılar. Belə texnikaların tez-tez sıradan çıxması, aramsız təmirə məruz qalması bu sektorun inkişafında maneələr yaradır, yüksək nəticələr əldə etməyə imkan vermirdi.

Elə həmin illər kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidi, qabaqcıl texnologiyaların, maşın və mexanizmlərin ölkəyə gətirilməsi üçün dövlət tərəfindən zəruri tədbirlər görülməyə başlandı. Bu sahənin texniki təchizatının yaxşılaşdırılması, kənd təsərrüfatı texnikası parkının müasir avadanlıqlarla yeniləşdirilməsi və alınan texnikalardan səmərəli istifadə edilməsi prioritet götürüldü. Torpaq-iqlim şəraitinə və müasir texnoloji tələblərə cavab verən avadanlıq və mexanizmlərin ölkəyə gətirilməsi qarşıya məqsəd qoyuldu.

"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də islahatlar zamanı aqrar sektorun texnikaya olan tələbatının vaxtında və etibarlı təmin edilməsi və ehtiyatların yaradılması vacib faktor kimi önə çəkildi. Aqrar sektora aid avadanlıqların geniş çeşidlərini özündə cəmləyən parkların yaradılması, modern texnika və texnologiyaların kənd təsərrüfatında tətbiqi, təchizatın koordinasiyası və özəl aqroservis xidməti şəbəkəsinin genişləndirilməsinə diqqət artırıldı. Texniki təminatla bağlı həyata keçirilən tədbirlər nəticəsində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına 2017-ci il 7 sentyabr tarixinə "Aqrolizinq” ASC tərəfindən alınıb istifadəyə verilən müxtəlif növ kənd təsərrüfatı texnikasının sayı 36 minə yaxınlaşdı. "Aqroliznq” ASC-nin 12 illik fəaliyyəti dövründə alınmış texnikanın 53, o cümlədən taxılyığan kombaynların 36, pambıqyığan kombaynların 100, traktorların 50 faizi 2014-2017-ci illərin payına düşür. Son illərin belə sürətli artım dinamikası indi islahatların yüksək tempini təmin edir.

Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli qərarına əsasən, "Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəştlərin tətbiq edilməsi fermerlərin müasir texnologiyalara sürətlə yiyələnməsinə və məhsuldarlıqda müsbət nəticələr qazanmalarına zəmin yaratmışdır. ASC-dən lizinq yolu ilə satın alınan kənd təsərrüfatı texnikasına tətbiq olunan güzəştlər kənd təsərrüfatı istehsalının xidmət seqmentində çalışanların xeyli aktivləşməsinə və sayının artmasına səbəb olmaqla bərabər, aqrar sahədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, habelə regionların sosial-iqtisadi inkişafına və kənd əhalisinin məşğulluq səviyyəsinin artmasına müsbət təsir göstərmişdir. Bunu "Aqrolizinq” ASC tərəfindən lizinqə verilən texnikaların sayının artım dinamikası da təsdiq edir. Məsələn, 2015-ci ilə qədər lizinqalanlarla "Aqrolizinq” tərəfindən lizinqə verilən texnikaların sayının artımı mütənasib olaraq davam edib. 2016-cı ildən isə bu tendensiya dəyişmiş və lizinqə götürülən texnikaların sayı yüksələn xətt üzrə gedir.

Nazirlər Kabinetinin 2015-ci il 14 oktyabr tarixli qərarına əsasən, "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinq yolu ilə satılması Qaydaları”nın təkmilləşdirilməsi də aqrar islahatları sürətləndirən amildir. "Aqrolizinq” ASC sistemində lizinq xidmətlərinin avtomatlaşdırılması və şəffaflığın təmin edilməsi təchizat işlərini sürətləndirmək və müasirləşdirilməklə yanaşı, lizinqalanlar tərəfindən müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməsi və ödəniş qrafiklərinə riayət edilməsinə operativ nəzarət mexanizminin qurulmasına imkanlar yaratmışdır.

Görülən vacib işlərdən biri də kənd təsərrüfatı texnikası parkının müasirləşdirilməsidir. Hazırda dünyanın qabaqcıl texnika istehsalçıları kimi tanınan "John Deere”, "Claas”, "New Holland”, "Sampo Rosenlew” və s. məşhur şirkətlərin istehsal etdikləri müxtəlif növ texnikalar Azərbaycan fermerlərinin istifadəsindədir. Ümumiyyətlə, Azərbaycan bir sıra dövlətlərlə yeni texnologiyalar və elmi-texniki sahədə əməkdaşlığı diqqət mərkəzində saxlayır. Bu baxımdan Minskdə "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması aqrar münasibətlərin yeni perspektivlərini təyin edir. Belarusun paytaxtında görülən işlərə verilən qiymət, perspektivlərə köklənən iqtisadi əməkdaşlıq planları Azərbaycanın dünya iqtisadiyyatında ən mürəkkəb islahatlara belə hazır olduğunu ortaya qoyur.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video