01 Dekabr 2018 21:05
692
İDMAN
A- A+

Azərbaycan Premyer Liqası: “Neftçi” debütant “Sabah”ı məğlub edərək liderliyini qoruyub



Dekabrın 1-də Azərbaycan Premyer Liqasının 13-cü turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında debütant "Sabah” doğma meydanda çempionatın lideri "Neftçi” klubunu qəbul edib.

Oyuna fəal başlayan "flaqman” ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaradıb. Əks-hücumlara bel bağlayan "Sabah” klubu matçın 21-ci dəqiqəsində qapısında qol görüb. Müdafiədən künc zərbəsinə köməyə gələn Anton Krivotsyuk kapitan Emin Mahmudovun ötürməsin dəqiq baş zərbəsi ilə tamamlayıb – 0:1. Qarşılaşmanın 33-cü dəqiqəsində baş hakimi Rəhim Həsənov "Neftçi”nin futbolçusu Tural Axundova ikinci sarı vərəqə göstərərək meydandan kənarlaşdırıb. Birinci hissənin başa çatmasına beş dəqiqə qalmış paytaxt təmsilçisi hesabı artırıb. Mirabdulla Abbasov adını tabloya yazdırıb – 0:2. Bu, Azərbaycan milli komandasına yenicə dəvət almış gənc hücumçunun Premyer Liqada vurduğu 7-ci qolu olub. Birinci hissə "Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 70-ci dəqiqəsində Rəhim Həsənov oyunda ikinci dəfə qırmızı vərəqə göstərib. FIFA referisi bu dəfə "Sabah” klubunun futbolçusu Vandersson Silvanı oyundan kənarlaşdırıb. Matçın 74-ci dəqiqəsində "flaqman”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Marko Deviç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi minimuma endirib – 1:2.

Görüşün 83-cü dəqiqəsində Baqali Dabo da meydandan kənarlaşdırılıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Bu qələbədən sonra "Neftçi” xallarının sayını 32-yə çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. "Sabah” isə 17 xalla dördüncü yerdədir.

Qeyd edək ki, bu komandalar arasında ilk dövrədəki oyunda flaqman qələbə qazanıb - 2:0.

Günün ikinci oyunu saat 19:00-da "Kapital Arena”da baş tutacaq. "Sumqayıt” komandası "Səbail”i qəbul edəcək. "Gənclik şəhəri”nin təmsilçisi mövsümdə ilk dəfə "Kapital Bank Arena”da oyuna çıxacaq. Arena təmirdə olduğu üçün "Sumqayıt” indiyədək ev oyunlarını paytaxtda keçirirdi.

Komandalar çempionatda indiyədək beş dəfə qarşılaşıblar. Həm "Səbail”, həm də "Sumqayıt” hərəyə iki dəfə qələbəyə sevinib. Bir görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqi də bərabərdir - 4:4. Hazırda "Səbail” 20 xalla üçüncü, "Sumqayıt” isə 11 xalla altıncı yerdədir.

Tura dekabrın 2-də "Qəbələ” – "Zirə”, dekabrın 3-də isə "Qarabağ” – "Keşlə” oyunları ilə yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video