30 Noyabr 2018 17:32
863
Təhsil
A- A+

Təmiz ətraf mühitdə yaşamaq naminə selofan paketlərdən imtina edək


Noyabrın 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində plastik qablar və polietilen torbalardan tədricən imtina edilməsi istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barəsində mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova əvvəllər bazarlarda yalnız kağız torbalardan istifadə olunduğunu və alıcıların da ipdən toxunan, parçadan hazırlanan yaxud da həsir tipli zənbillərdən istifadə etdiklərini bildirib. Mağazalarda da ərzaq məhsulu alanda onu kağıza büküb alıcıya verirdilər. Sonradan onları selofan paketlər əvəz etdi. Bu gün mağazalarda təklif olunan məhsulların 99 faizi pinqvin adlandırılan selofan paketlərdə qablaşdırılır ki, bu da təkcə insan sağlamlığına deyil ətraf mühitə, flora və faunaya da təhlükə yaradır. Bu torbaların təbiətə vurduğu zərər hesaba gəlməyəcək qədər çoxdur.

Mətbuat katibi hər kəsi təmiz ətraf mühit üçün selofan paketlərdən imtina etməyə və bununla da ətraf mühitin qorunması istiqamətində mühüm addım atmağa dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video