Alternative content

21:21 22 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlamentin plenar iclasında Seçki Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib
Parlamentin plenar iclasında Seçki Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib
ANA SƏHİFƏ / PARLAMENT
16:10 30.11.2018

Azərbaycan Seçki Məcəlləsində bir sıra dəyişikliklər ediləcək.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin plenar iclasında hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev Azərbaycan Respublikası Seçki Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, 2006-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ilə Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsində və 105-ci maddənin 1-ci hissəsində edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasının Prezidenti 7 il müddətinə seçilir, Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan edə bilər, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar prezident seçkiləri keçirilir.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 178.1-ci maddəsinə uyğun olaraq prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.

Göründüyü kimi, Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur. Belə ki, növbədənkənar prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda bitir. Qeyd edilən ziddiyyətin aradan qaldırılması məqsədilə 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif olunur.

Bundan əlavə, Konstitusiyanın 101-ci maddəsinin 1-ci hissəsinə və Seçki Məcəlləsinin 179.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan etdiyi hallarda həmin seçkilərin elan edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə günü təyin edilir və 60 gün müddətində keçirilir. Seçkilərin elan olunması və təyin olunması fərqli anlayışlar olduğu üçün Seçki Məcəlləsinin bir sıra maddələrində bununla bağlı dəyişikliklərin edilməsi də təklif edilir. Həmçinin Seçki Məcəlləsinin seçkilərin (referendumun) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edildiyi halları əhatə edən maddələrində seçkilərin (Referendumun) təyin edilməsi haqqında "qərar” sözündən sonra "sərəncam” sözünün əlavə edilməsi təklif olunur.

Müzakirələrdən sonra təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiq olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM