30 Noyabr 2018 15:44
613
İDMAN
A- A+

Zidan 2018-ci ilin ən yaxşı klub məşqçisi seçilib


Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2018-ci ilin yekunlarına dair dünyanın ən yaxşı klub baş məşqçilərinin siyahısını dərc edib.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, 296 xal toplayan Madridin "Real” klubunun keçmiş baş məşqçisi Zinədin Zidan ilin ən yaxşı məşqçisi seçilib. Siyahıya görə, ikinci yeri alman mütəxəssis Yurgen Klopp ("Liverpul”, 109 xal), üçüncü yeri isə Xosep Qvardiola ("Mançester Siti”, 105 xal) tutublar. İlk beşliyi argentinalı Dieqo Simeone ("Atletiko”, 48 xal) və italiyalı Massimiliano Alleqri ("Yuventus” 33 xal) qapadıblar.

2018-ci ildə Zidan "Real”la birlikdə ard-arda üçüncü dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Fransalı məşqçinin bu göstəricisi futbol tarixində bir ilkdir. 2017/18 mövsümünün sonunda Zidan "Real” klubunun baş məşqçisi postunu tərk edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video