30 Noyabr 2018 12:50
1199
PARLAMENT
A- A+

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib


Noyabrın 30-da Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, iclasın gündəliyinə "Sahibkarlıq fəaliyyəti haqqında” və "Çayçılıq haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri daxildir. Qeyd edib ki, "Çayçılıq haqqında” Qanun 2002-ci ildə, "Sahibkarlıq fəaliyyəti haqqında” Qanun isə 1992-ci ildə qəbul edilib.

İclasda qanun layihəsini Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim edib. Bildirilib ki, "Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinin 3-cü hissəsində "inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara” sözləri "inkişafına” sözü ilə, "Müvafiq icra hakimiyyəti orqanının nəzdində Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz ediləcək. "Çayçılıq haqqında” Qanunun 9.1-ci maddəsində "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz ediləcək.

Vurğulanıb ki, "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib.

Həmin Fərmanla "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi və "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib.

"Sahibkarlıq fəaliyyəti haqqında” və "Çayçılıq haqqında” qanunlara təklif edilən dəyişikliklər adıçəkilən Fərmana uyğun olaraq, publik hüquqi şəxs statusunda olan Sahibkarlığın İnkişafı Fondunun yaradılması ilə bağlıdır.
Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video