30 Noyabr 2018 10:18
561
İDMAN
A- A+

UEFA Avropa Liqası: “Qarabağ” komandası doğma meydanda “Sportinq”ə böyük hesabla uduzub


Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində E qrupunda yer alan "Qarabağ” klubu noyabrın 29-da Bakı Olimpiya Stadionunda Portuqaliyanın "Sportinq” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər ki, "Qarabağ” oyunda böyük hesabla (1:6) məğlub olub.
Fransalı referi Fransua Leteksiyenin idarə etdiyi oyunda hesabı qonaqlar açıblar. Matçın 5-ci dəqiqəsində qonaqların heyətində Bas Dost 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib – 0:1. Matçın 14-cü dəqiqəsində ağdamlılar hesabı bərabərləşdiriblər. Abdellah Zubir adını tabloya yazdırıb. Lakin bu qoldan sonra təşəbbüsü tamamilə ələ alan portuqaliyalılar 20-ci dəqiqədə Bruno Fernandesin, 33-cü dəqiqədə isə Naninin qolları ilə ilk hissəni üstün başa vurublar – 1:3.

Fasilədən sonra da təşəbbüsü əldən verməyən qonaqlar 65-ci və 82-ci dəqiqələrdə Abdulaye Diabinin, 75-ci dəqiqədə isə Bruno Fernandesin qolları ilə komandalarının böyük hesablı qələbələrini rəsmiləşdiriblər – 1:6.

Qrupun digər oyununda isə "Arsenal” səfərdə "Vorskla”nın qapısından üç cavabsız top keçirib.

Beləliklə, 5 turdan sonra E qrupunda "Arsenal” (13 xal) və "Sportinq” (10 xal) növbəti mərhələyə yüksəliblər. "Vorskla” və "Qarabağ”ın aktivində 3 xal var.

Dekabrın 14-də keçiriləcək sonuncu turunda "Arsenal” və "Qarabağ”, "Sportinq” ilə "Vorskla” qarşılaşacaqlar.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video