29 Noyabr 2018 19:47
289
DÜNYA
A- A+

Rusiya QİÇS-in yayılması tempinə görə Avropa lideridir


Dünya Səhiyyə Təşkilatı (DST) və Xəstəliklərin Profikatikası və Nəzarəti üzrə Avropa Mərkəzinin apardığı tədqiqata əsasən, Rusiya qazanılmış immun çatışmazlığı sindromunun (QİÇS) yayılması tempinə görə Avropa ölkələri arasında liderdir. Ötən il ölkədə 100 min nəfərə 71,1 yeni yoluxma halı üzə çıxmışdır. İkinci yerdə Ukraynadır. Bu ölkədə hər 100 min əhaliyə 37 yoluxma halı qeydə alınmışdır. Sonrakı yerləri Belarus (26,1) və Moldova (20,6) tutur.

Ən kiçik göstəricilər Bosniya və Herseqovina (0,3), Slovakiya (1,3) və Sloveniyadadır (1,9).

2017-ci ildə Avropa ölkələrində QİÇS-ə 159 min yeni yoluxma halı qeydə alınmışdır. Onlardan 130 mini Şərqi Avropanın, 104 mini isə Rusiyanın payına düşür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video