29 Noyabr 2018 19:45
3629
Turizm
A- A+

Azərbaycan ilə Ukrayna arasında turizm əlaqələri müzakirə edilib


Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə turizm əlaqələri və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə səfir ölkəsinin gələn ilin aprelində Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində daha böyük stendlə təmsil olunmaq istəyini bildirib.

Turizm Agentliyinin sədri Fuad Nağıyev sərgidə Ukraynanın turizm potensialının nümayişi üçün daha böyük stendin ayrılması üçün müvafiq köməklik göstəriləcəyini qeyd edib.

Görüşdə Truskavets və Naftalan kurortlarının qarşılıqlı olaraq hər iki ölkədə müalicə və sağlamlıq turizminin bir hissəsi kimi təbliğatının aparılması qərarlaşdırılıb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Lvov vilayəti Dövlət Administrasiyasının sədri Oleq Sinyutka, Trustkavets şəhər şurasının sədri Andrey Kulçitskiy və bir sıra dövlət nümayəndələri təmsil olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video