Alternative content

16:21 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə Türk Dünyası Qadın Platformasının nümayəndələri ilə görüş olub
Milli Məclisdə Türk Dünyası Qadın Platformasının nümayəndələri ilə görüş olub
ANA SƏHİFƏ / PARLAMENT
19:32 29.11.2018

Noyabrın 29-da Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Türk Dünyası Qadın Platformasının (TÜRKAP) nümayəndələri ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən Bahar Muradova Türkiyə ilə bütün sahələrdə münasibətlərin Azərbaycan üçün böyük önəm kəsb etdiyini bildirib. Ulu öndər Heydər Əliyevin "bir millət - iki dövlət” kəlamını xatırladan Bahar Muradova Türkiyə və Azərbaycan parlamentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu, qardaş ölkələrimiz arasındakı münasibətlərin bütün dünyaya nümunə göstərildiyini vurğulayıb.

Bahar Muradova Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprin təşəbbüsü və təşkilatçılığı ilə yaranan bu təşkilatın çox müqəddəs amallar uğrunda fəaliyyət göstərəcəyindən məmnun olduğunu bildirib. Təşkilatın qarşısına qoyduğu hədəflərin ortaq siyasi-mədəni tədbirlərin təşkili, qadınların fəaliyyətinin sərhədlərinin genişləndirilməsi, türk dünyası qadınları arasında dialoq və tarixi qardaşlıq bağlarının gücləndirilməsi olduğunu qeyd edib.

TURKAP nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mihrimah Belma Satır Azərbaycanda özlərini doğma evlərində olduğu kimi hiss etdiklərini diqqətə çatdırıb. Bu ilin sentyabrında İstanbulda təsis olunan təşkilatın gələcək fəaliyyətindən, qarşıya qoyulan hədəflərə doğru irəliləmək yolunda atılan addımlardan danışıb. O bildirib ki, bu ilin dekabrında İstanbulda təşkilatın üzvü olan 200 qadının iştirakı ilə qurumun beynəlxalq forumu keçiriləcək.

Görüşdə iştirak edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputatlar Sahibə Qafarova, Sevinc Fətəliyeva, Kamilə Əliyeva, Jalə Əliyeva, TBMM deputatı Rəsmiyyə Çanaltay, Hesablama Palatasının auditoru Mehriban Alışanova, TURKAP təşkilatının qurucusu Zait Nahmatov, filoloq-alim Şərəf Cəlilli və başqaları təşkilatın fəaliyyətinin türk dünyası üçün çox əhəmiyyətli olacağını bildirib, nəzərdə tutulan layihələrin qadınlarımızın və tərəqqipərvər cəmiyyətimizin inkişafına xidmət edəcəyini qeyd ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM