29 Noyabr 2018 16:06
320
İQTİSADİYYAT
A- A+

Energetika Nazirliyi BP ilə Qarşılıqlı Anlaşma Memorandumu imzalaya bilər


BP ilə Energetika Nazirliyi arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalana bilər.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində BP ilə əməkdaşlıq imkanları müzakirə edilib.

P.Şahbazov BP ilə neft-qaz sahəsində uzunmüddətli və səmərəli əməkdaşlığın alternativ enerji sahəsində də faydalı olacağını deyib. BP-nin rəqabətədayanıqlı dəyər yaratmaqla alternativ enerji mənbələrinə keçid prosesində rolunu, külək və günəş enerjisi ilə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Bərpaolunan enerji sahəsində hədəflərə nail olmaq üçün vaxt itirmədən fəaliyyətə başlamağın zəruriliyini vurğulayıb.

Q.Counz isə BP-nin "azkarbonlu gələcək” təşəbbüsünü təşviq edən öhdəliyindən bəhs edərək bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib. Bu potensialın reallaşdırılması ilə enerji təchizatının təhlükəsizliyinin artacağını, iqtisadiyyatın şaxələndirilməsinə töhfə veriləcəyini və qaz ehtiyatlarının daha yüksək marja ilə istifadəsinə imkan yaranacağını söyləyib.

BP-nin alternativ enerji biznesinin inkişafı üzrə məsul şəxsi Marco Candeloro, planlaşdırma və kommersiya üzrə rəhbəri Nayl Henderson tərəfindən "Azərbaycanda alternativ enerji imkanları” adlı təqdimat edilib. Bildirilib ki, bərpaolunan enerji mənbələri gələcəyin enerjisi kimi dünya enerji balansında mövqeyini getdikcə gücləndirir. Rəqabətqabiliyyətli olmağa başlayır. Proqnozlara görə, 2040-cı ilədək enerji tələbatındakı artımın 40 faizi bərpaolunan enerji mənbələri hesabına ödəniləcək. Paris Sazişini imzalamış ölkə kimi Azərbaycanın 2030-cu ilə qədər atmosferə atılan istixana qazlarının 35 faizini azaltmaq öhdəliyinin olduğu diqqətə çatdırılıb. Bərpaolunan enerjidən istifadənin genişləndirilməsinin bu öhdəliklərin icrasına kömək edəcəyi qeyd edilib.

Bərpaolunan enerji mənbələri sektorunun inkişaf etdirilməsində əməkdaşlıq etmək üçün birgə işçi qrupunun yaradılması və BP ilə Energetika Nazirliyi arasında Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması təklif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video