warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü apk indir

Alternative content

23:24 25 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Enerji sahəsində əməkdaşlıq davam edir
Enerji sahəsində əməkdaşlıq davam edir
ANA SƏHİFƏ / SİYASƏT
00:37 29.11.2018


Xəzərin Azərbaycan sektorunda ümidverən, perspektivli hesab edilən karbohidrogen yataqları hələ çoxdur. Hazırda bir neçə perspektiv strukturda ölkəmizdə ən iri neft-qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP şirkəti (Böyük Britaniya) geoloji kəşfiyyat aparır. D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) bu il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin iştirakı ilə SOCAR-ın və BP qrupunun rəhbərləri tərəfindən imzalanmışdır.

Həmin gün Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru Robert Dadli ilə də görüşmüşdür. "Şahdəniz” layihəsi üzrə görülən işlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Eləcə də "Şəfəq-Asiman” strukturu üzrə imzalanmış HPBS əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilmişdir.

D230 bloku Xəzər dənizinin Azərbaycan sektorunun Şimali Abşeron hövzəsində yerləşir. Bloku sahildən Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafə ayırır. D230 təxminən 3200 kvadratkilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir.

25 illik müddəti əhatə edən HPBS-yə əsasən, tərəfdaş şirkətlər iştirak payını tən yarıya bölürlər. Kəşfiyyat dövründə operator kimi BP çıxış edəcək. D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında Qarşılıqlı Anlaşma Memorandumu sözügedən iki şirkət arasında 2016-cı ilin may ayında imzalanmışdır. HPBS imzalandıqdan sonra isə seysmik tədqiqat proqramı üçün planların hazırlanmasına başlanıb. Sazişin Milli Məclis tərəfindən ratifikasiya edilməsindən asılı olaraq müqavilə sahəsində ilk seysmik tədqiqatın 2019-cu ildə aparılması planlaşdırılır.

2014-cü il dekabrın 22-də SOCAR və BP arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyatın aparılması və HPBS imzalanması Xəzərdəki ümidverən yataqların işlənməsi istiqamətində atılan mühüm addım idi.

"Dayazsulu Abşeron”un HPBS üzrə müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Həmin ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layın (kollektorun) dərinliyi 3000-5000 metr təşkil edir.

Saziş imzalanandan bir neçə ay sonra Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilib. Sazişə əsasən, müqavilədə "BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkətinin və SOCAR-ın hərəsi 50 faizlik iştirak payına malikdir. Bu sənəd 30 illik müddəti əhatə edir.

HPBS ratifikasiya olunandan dərhal sonra müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramının həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanmış və 2015-ci ilin dekabr ayında başa çatdırılmışdır. Proqram üzrə Ətraf Mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin ictimai müzakirələri aparılmışdır.

Üçölçülü seysmik tədqiqat proqramı 2016-cı il mayın 31-də başlanmış və dekabrın 27-də yekunlaşdırılmışdır. Bu tədqiqat 1300 kvadratkilometr ərazidən üçölçülü məlumatın əldə olunmasını əhatə etmişdir. Tədqiqat proqramı BP-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes - ISSNtm) texnologiyası vasitəsilə həyata keçirilmişdir.

Hasilatın Pay Bölgüsü Sazişi ərazisindən 2016-cı ildə əldə edilmiş üçölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin dördüncü rübündə sona çatdırılmışdır. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində üç perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyənləşdirilmişdir. Hazırda seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri aparılır.

Daha bir perspektiv struktur "Şəfəq-Asiman”dır. Bu blok Bakıdan təqribən 125 kilometr (78 mil) aralıda cənub-şərqdə yerləşir. Onu Xəzərdə "Şahdəniz” qaz-kondensat yatağından 60 kilometrlik, Səngəçal terminalından 145 kilometrlik məsafə ayırır.

"Şəfəq-Asiman” dənizin dərinsulu hissəsində yerləşir. Burada suyun dərinliyi 600-800 metr arasında dəyişir. Kollektorun dərinliyi 7000 metrə çatır.

Blok təxminən 1100 kvadratkilometr ərazini əhatə edir. Burada indiyədək heç bir geoloji kəşfiyyat işi aparılmamışdı.

SOCAR və BP arasında strukturun birgə geoloji kəşfiyyatı və işlənməsinə dair HPBS Bakıda 2010-cu ilin oktyabr ayında imzalanmışdır. HPBS-də BP və SOCAR-ın iştirak payları bərabərdir.

2012-ci ilin əvvəlində "Gilavar” seysmik tədqiqat gəmisinin mütəxəssisləri strukturda aparılan üçölçülü seysmik məlumatların əldə olunması proqramını başa çatdırmışlar. Sonra həmin məlumatların emalı aparılmışdır. Məlumatların interpretasiyası 2015-ci il başa çatdıqdan sonra ilk kəşfiyyat quyusunun planlaşdırılması işlərinə başlanmışdır. Bu istiqamətdə işlər davam edir.

BP-dən aldığımız məlumata görə, şirkət bir müddət əvvəl Azərbaycanda mövcud "Qobustan” HPBS-də 61 faiz iştirak payı alıb. Bu sövdələşmənin bir hissəsi olaraq, şirkət həmin müqavilə sahəsində daha dərin layların potensialını qiymətləndirmək məqsədilə bir geoloji kəşfiyyat quyusu qazacaq və həmin əməliyyatların operatoru olacaq. Quyunun 2019-cu ilin ikinci yarısında qazılması planlaşdırılır.

Xəzərdəki bu yataqlar neftmi, yoxsa qazmı verəcək? Mütəxəssislər müəyyən fikirlər söyləyirlər. Məsələn, onlar "Dayazsulu Abşeron”un neftlə, "Şəfəq-Asiman”ın isə qazla zəngin olacağını ehtimal edirlər. Lakin əsl həqiqət yaxın gələcəkdə başlanacaq qazma işlərindən sonra bəlli olacaq.


Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM