29 Noyabr 2018 00:27
797
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 173 nömrəli və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 392 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının 2-ci hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 483; 2003, № 10, maddə 546; 2014, № 10, maddə 1192; 2017, № 7, maddə 1342) aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki:

2.1. "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin on üçüncü abzasında, 40-cı maddəsinin 2-ci hissəsində, 52-ci maddəsinin 1-ci, 2-ci, 5-ci, 7-ci, 8-ci (hər iki halda), 9-cu, 10-cu (hər iki halda) və 12-ci hissələrində, 54-cü maddəsinin 1-ci hissəsinin səkkizinci bəndində, 55-ci maddəsinin 1.2-ci bəndində, 56-cı maddəsinin 1-ci hissəsində, 57-ci maddəsinin 1-ci və 3-cü hissələrində, 58-ci maddəsinin 2-ci, 4-cü və 7-ci hissələrində, 58-1-ci maddəsinin 1.2-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin qanunun 4-cü maddəsinin 1-ci hissəsinin 1.1-1.3-cü, 1.6-1.9-cu (xüsusi elmi-ekoloji və bioloji əhəmiyyətli ətraf mühitin mühafizəsi obyektlərinin siyahısının təsdiq edilməsi hissəsində), 1.10-cu və 1.11-ci bəndlərində, 2-ci hissəsinin 2.1-ci (fəaliyyət istiqamətlərinə uyğun olaraq) bəndində, 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin 3-cü hissəsində, 64-1.1-ci maddəsinin ikinci cümləsində, 66-cı maddəsinin 3-cü hissəsində və 79-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin qanunun 52-ci maddəsinin 2-ci və 9-cu hissələrində, 54-cü maddəsinin 1-ci hissəsinin səkkizinci bəndində, 56-cı maddəsinin 1-ci hissəsində, 58-ci maddəsinin 2-ci hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinin 2.1-ci (fəaliyyət istiqamətlərinə uyğun olaraq), 2.2-2.6-cı bəndlərində, 18-ci maddəsinin 3-cü hissəsində, 71-ci maddəsinin 1-ci, 2-ci hissələrində və 72-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

2.5. həmin qanunun 1-ci maddəsinin 1-ci hissəsinin on üçüncü abzasında, 40-cı maddəsinin 2-ci hissəsində, 52-ci maddəsinin 1-ci, 7-ci, 8-ci (birinci halda), 10-cu (hər iki halda) və 12-ci hissələrində, 55-ci maddəsinin 1.2-ci bəndində, 57-ci maddəsinin 1-ci və 3-cü hissələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

2.6. həmin qanunun 58-ci maddəsinin 4-cü və 7-ci hissələrində, 58-1-ci maddəsinin 1.2-ci bəndində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulurlar;

2.7. həmin qanunun 52-ci maddəsinin 5-ci hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, müalicə-sağlamlaşdırma yerlərinə və kurortlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

2.8. həmin qanunun 52-ci maddəsinin 8-ci (ikinci halda) hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur.”.

2. "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 615; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2002, № 1, maddə 52; 2003, № 10, maddələr 546, 585; 2007, № 2, maddə 87; 2008, № 8, maddə 719; 2009, № 10, maddə 785; 2014, № 5, maddə 477; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzasdan "11-ci maddəsinin ikinci hissəsində,” sözləri çıxarılsın;

2.2. onuncu abzas ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video