Alternative content

22:46 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “AzerTelecom” şirkətinin kommersiya rəhbəri maliyyə texnologiyalarından (Fin Tech) danışıb
“AzerTelecom” şirkətinin kommersiya rəhbəri maliyyə texnologiyalarından (Fin Tech) danışıb
ANA SƏHİFƏ / ELANLAR
00:21 29.11.2018


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom” şirkətinin baş kommersiya direktoru Samir Nuriyev Bakıda keçirilmiş "Dayanıqlı inkişaf üçün potensialları reallaşdıraq” adlı 9-cu Azərbaycan Mikromaliyyə Konfransı və "Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi layihəsi”nin rəsmi təqdimatına həsr edilmiş tədbirdə məruzəçi qismində iştirak edib.

Belə ki, konfrans çərçivəsində keçirilmiş "Mikromaliyyələşmənin rəqəmsallaşması: çətinliklər və imkanlar” adlı sessiyada çıxış edən Samir Nuriyev maliyyə texnologiyaları (FinTech), maliyyə xidmətlərinin rəqəmsal kanallar vasitəsilə təmin edilməsi, Blokçeyn texnologiyasının maliyyə əməliyyatlarında tətbiqi və üstünlükləri barədə danışıb. O, dünyada müasir maliyyə texnologiyalarının ölkələrin iqtisadiyyatlarının müxtəlif sahələrində tətbiqindən bəhs edib. Qeyd olunub ki, hazırda dünya miqyasında rəqəmsallaşma fonunda rəqəmsal maliyyə texnologiyalarına sürətli keçid baş verir. Yeni texnologiyaların tətbiqi, müştərilərə göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşması dayanıqlı inkişafın təmin edilməsində mühüm rol oynaya bilər.

Tədbirdə çıxış edən digər məruzəçilər də, öz növbələrində, Azərbaycanda rəqəmsallaşma və mikromaliyyələşmə mövzularında danışıblar. Çıxışlarda maliyyə xidmətlərinə çıxışı olmayan əhali qrupuna xidmət etmək üçün yeni imkanlar, maliyyə institutlarının mobil şəbəkə operatorları ilə əlaqələndirilməsi, rəsmi maliyyə institutlarının bütöv məhsul və xidmətlərini mobil pul agentlikləri vasitəsilə təklif etmək imkanları kimi mövzulara toxunulub, faydalı fikir mübadiləsi aparılıb.

22-23 noyabr tarixlərdə keçirilmiş konfrans Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

"AzerTelecom” Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell” şirkətidir. Şirkət internetin topdansatışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiberoptik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM