28 Noyabr 2018 22:44
307
DÜNYA
A- A+

Gürcüstanda seçkilər zamanı silahlı insident qeydə alınıb


Gürcüstan Daxili İşlər Nazirliyi prezident seçkilərinin ikinci turu üzrə səsvermə zamanı baş vermiş 11 qanun pozuntusu faktı ilə bağlı araşdırma aparır. Araşdırmalardan biri silahlı insidentlə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Natia Mezvrişvili bu gün keçirdiyi brifinqdə məlumat verib.

"Rustavi 2” televiziya kanalının məlumatına görə, Kaxeti bölgəsində Qurcaani rayonunun Çumlaki kəndində silahlı insident baş verib. Sabiq Prezident Mixeil Saakaşvilinin qardaşı David Saakaşvili 19 saylı seçki məntəqəsinə yaxınlaşarkən naməlum şəxslər ona avtomobildən atəş açıblar. Faktla bağlı araşdırma aparılır. "Şahidlərlə aparılmış söhbətdən sonra məlum olub ki, baş vermiş hadisənin seçkilərlə heç bir əlaqəsi yoxdur”, – deyə nazir müavini vurğulayıb.

Natia Mezvrişvilinin sözlərinə görə, faktlar jurnalistə qarşı fiziki təhqirə yol verilməsi, bəzi seçki məntəqələrində fiziki qarşıdurma, eyni şəxsin təkrar səs verməsi, bir seçki məntəqəsində oğurluq və digər hallarla bağlıdır. Qanun pozuntularına yol vermiş şəxslər arasında həm hakim, həm də müxalif partiyaların nümayəndələri var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video