28 Noyabr 2018 22:27
555
İDMAN
A- A+

Azərbaycan Premyer Liqasının XII turunun simvolik komandası müəyyənləşib


Noyabrın 28-də futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun simvolik komandası açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "İnStat” şirkətinin təhlili əsasında simvolik "11-lik”də "Qəbələ”nin 4, "Zirə”, "Neftçi” və "Qarabağ”ın hərəyə 2, "Sabah”ın isə 1 futbolçusu yer alıb.

Komandada Səlahət Ağayev ("Neftçi”), Təmkin Xəlilzadə ("Qəbələ”), Voislav Stankoviç ("Qəbələ”), Yakub Jezniçak ("Qarabağ”), Abbas Hüseynov ("Qarabağ”), Ceyms Adeniyi ("Qəbələ”), Emin Mahmudov ("Neftçi”), İlkin Muradov ("Zirə”), Bilal Həmdi ("Zirə”), Cavid İmamverdiyev ("Sabah”) və Stiven Monroz ("Qəbələ”) yer alıblar.

Həmçinin Azərbaycan Premyer Liqasının XII turunun ən yaxşı futbolçusunun adı açıqlanıb.

"İnStat”ın təhlilinə əsasən, bu, "Qəbələ”nin yarımmüdafiəçisi Ceyms Adeniyidir.

Nigeriyalı yarımmüdafiəçi "Keşlə”yə qarşı keçirilən oyunda 1 qolun müəllifi olub. Həmçinin Adeniyi turun ən yüksək indeksə malik olan futbolçusudur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video