28 Noyabr 2018 22:16
2382
Birinci vitse-prezident
A- A+

Azərbaycanın Xalq rəssamı cənab Tahir Teymur oğlu Salahova


Hörmətli Tahir Teymur oğlu.
Bu gün Azərbaycanda əlamətdar tarix – Böyük Ustad, planetar miqyaslı rəssam, gözəl pedaqoq və ictimai xadim Tahir Salahovun yubileyi qeyd edilir.

Hörmətli Tahir Teymur oğlu, Sizi haqlı olaraq təsviri incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən biri hesab edirlər. Sizin əsərləriniz dünya mədəniyyəti xəzinəsinə, XX və XXI əsrlərin təsviri incəsənətinin "qızıl fondu”na daxildir. Onlar Azərbaycan rəngkarlığının inkişafında və daha geniş miqyasda bütöv bir dövr təşkil edir. Siz əsərlərinizdə altmışıncı illərin azadlıq ruhunu böyük ustad müdrikliyi ilə, təkrarolunmaz bənzərsizliyi həyatın bütün müxtəlifliyində görmək bacarığı ilə, şəksiz istedadı və ən yüksək ustalığı asanlıqla tanınan müəllif üslubu ilə heyrətamiz şəkildə birləşdirməyə nail olmusunuz. Bu, həqiqətən əsrlər boyu yaşamağa qabil olan əsl sənətdir.

Hörmətli Tahir Teymur oğlu.

Ola bilsin, bunu deyənlər haqlıdır ki, həqiqi sənətkar yaşadığı dünyanı sevməlidir. Sizin yaradıcılıq dünyanız parlaq və rəngarəngdir. Onun fərqləndirici cəhəti doğma ölkənizə - Azərbaycana həqiqi, səmimi vətənpərvərlik, dərin və ülvi sevgidir.

Siz həm çoxsaylı həmvətənlərimiz, həm də dünya yaradıcı ziyalılarının nümayəndələri üçün ən yüksək insani keyfiyyətlərin nümunəsi olmusunuz və belə olaraq qalırsınız. Parlaq erudisiyanız, həssaslığınız və məsuliyyətiniz Sizə ətrafdakı insanların sevgisini və dərin hörmətini qazandırıb. Siz, hörmətli Tahir Teymur oğlu, sadəcə, böyük rəssam deyil, həm də heyrətamiz insan və gözəl müəllimsiniz. Dünya şöhrətli tanınmış ustad olmağınıza baxmayaraq, yaradıcı axtarış cəsarətini itirməmisiniz və yaradıcılıq enerjiniz əvvəlki kimi aşıb-daşır.

Hörmətli Tahir Teymur oğlu.

Yubileyiniz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, ailə səadəti, bizi, Sizin böyük istedadınızın pərəstişkarlarını sevindirmək üçün əmin-amanlıq və yeni zəfərlər arzulayıram.
Doğum gününüz mübarək.
Səmimiyyətlə,


Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Bakı şəhəri, 28 noyabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video