Alternative content

15:02 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Made in Azerbaijan” brendinin elçiləri
“Made in Azerbaijan” brendinin elçiləri
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:14 28.11.2018


"Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 5 sentyabr 2017-ci il tarixli fərmanı ölkədə istehsal olunan məhsulların geniş çeşidinin xarici bazarlara çıxışını gücləndirmək, bütünlükdə ölkənin idxal imkanlarını artırmaq üçün qəbul edilən ən vacib sənədlərdən biridir.

Əslində bu sənəd qəbul edilənədək də Azərbaycan brendi altında dünya bazarlarına çıxarılan məhsulların geniş siyahısı mövcud idi. Lakin sənədin gücü ondadır ki, bu məsələyə yanaşma dövlətin himayəsi, maddi dəstəyi və müasir dünya təcrübəsindən faydalanaraq həyata keçirilməyə başladı. Bütün səfirlik və konsulluqlara bu istiqamətdə ciddi iş aparmaq tapşırıldı, ticarət nümayəndələrinin maddi texniki bazasını təmin etmək üçün vacib addımlar atıldı və ticarət nümayəndələrinin, onların aparatlarının işçilərinə dövlət qulluqçusu statusu verildi.

Azərbaycanın xarici ölkələrdə akkreditə olunmuş səfirlik və konsulluqlarının xəttilə ixracın genişləndirilməsi və investisiyaların cəlb edilməsi istiqamətində atılan addımlar, reallaşdırılan layihələr deməyə əsas verir ki, ixracın gücləndirilməsi dövlətin iqtisadi siyasətinin tərkib hissəsi kimi diqqət mərkəzindədir. Prezidentin fərmanı da məhz bu siyasətin tərkib hissəsi kimi xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində önəm verilən məqamlardan biri də Azərbaycanın regionda daha çevik və daha mükəmməl iqtisadi siyasət yeridən ölkəyə çevrilməsinin nəzərdə tutulmasıdır.

Artıq bu ilin 9 ayının xarici ticarət sahəsindəki göstəriciləri uğurların danılmaz olduğunu göstərir. Belə ki, Azərbaycan bu müddət ərzində 170-dən çox ölkə ilə xarici ticarət əlaqəsi qurmuş, 14,3 milyard dollarlıq məhsul ixrac etmişdir.

Azərbaycan beynəlxalq iqtisadi mühitdə yüksək rəqabətqabiliyyətli iştirakçı statusunu qazanmaq üçün geniş imkanlara malikdir. Əlverişli coğrafi mövqeyimiz, böyük iqtisadi potensialımız, yeniliklərə və islahatlara açıq olmağımız regionun ticarət mərkəzinə çevrilməsinə böyük şanslar yaradır.

Bu gün qarşıya qoyulan hədəf qeyri-neft sektoru üzrə adambaşına düşən ixracın həcmini 2025-ci ilə qədər 450 ABŞ dollarına çatdırmaqdır. Əgər bu hədəfə nail olsaq, Azərbaycanın qeyri-neft məhsulları ixracı 5 milyarda çatacaq. Bu isə o deməkdir ki, biz qeyri-neft məhsulları ixracını təxminən 4-5 dəfə artıra biləcəyik. Yeri gəlmişkən, ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixracın 1 milyard 207 milyon dollar təşkil etməsi sevindirici haldır. Azərbaycanın qeyri-neft məhsullarının ixracı siyahısında Rusiya yenə də 402,2 milyon dollarla liderlik edir. 275,6 milyon dollarla Türkiyə ikinci, 105,2 milyon dollarla İsveçrə üçüncü yerdədir. 4 və 5-ci yerləri 97,4 milyonla Gürcüstan, 34,3 milyon dollarla Qazaxıstan bölüşür.

Xaricdə səfirliklərin nəzdində fəaliyyət göstərən ticarət nümayəndəliklərinin təcrübəsi artdıqca və fəaliyyəti genişləndikcə ixracın əsasən Avrasiya və Avropa İttifaqı istiqamətlərində artacağı gözləniləndir. Çünki son illər bu istiqamətdə baş verən müsbət tendensiya belə qənaətə gəlməyə əsas yaradır.

Müxtəlif ölkələrə çıxışların sayının artırılması, coğrafi şaxələndirmənin genişləndirilməsi ənənəvi bazarlarda asılılığın azalmasına təkan verir. Beləliklə, bir tərəfdən ənənəvi bazarlarda mövqelər qorunur, digər tərəfdən Cənub-Şərqi və Mərkəzi Asiya, Körfəz ölkələri, Latın Amerikası və Afrika kimi bazarlara çıxış təmin edilir. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamı əsasında yaradılan Azexport.az portalı da ixrac potensialı olan məhsulların vahid məlumat bazasını yaratmaqla ölkəmizin geoiqtisadi ixrac xəritəsində yeni ünvanların üzə çıxmasında yardımçı rolunu oynayır.

Bu portal fəaliyyətinin elə birinci ilində dünyada 150 min biznes nümayəndəsini ölkəmizdə istehsal olunan məhsullarla maraqlandıra bilib. Bu portalın vasitəsilə indiyədək 60-dan çox ölkədən 350 milyon dollara yaxın ixrac sifarişi əldə edilmişdir. Ümumiyyətlə, bu portal vasitəsi ilə 21 ay ərzində 106 ölkədən 885 milyon dollarlıq sifariş qəbul olunmuşdur.

Hazırda müxtəlif ölkələrdə Azərbaycanın iqtisadi maraqları bazara kortəbii çıxışla yox, müəyyən qurumlar tərəfindən elmi qaydada təmin edilir. Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarında fəaliyyət göstərən ticarət nümayəndələri qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşı olan Rusiya Federasiyası, Birləşmiş Ərəb Əmirlikləri və Çin Xalq Respublikasında artıq fəaliyyət göstərirlər. Bu il Ukrayna, Latviya və Çində ölkəmizin ticarət evləri fəaliyyətə başlayıb. Əlavə olaraq Çində iki "Azərbaycan Şərab Evi” açılmışdır.

Qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın 170-dən çox ölkə ilə ticarət əlaqəsi var. 14 ölkəyə 20 ixrac missiyası təşkil edilmişdir. Eyni zamanda başqa ölkələrdə ticarət nümayəndələrinin fəaliyyətə başlamasına ciddi hazırlıqlar gedir. Belə nümayəndələr isə ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına, "Made in Azerbaijan” brendinin nüfuzunun artmasına xidmət edir.

SOCAR-ın transmilli şirkətə çevrilməsi də bir çox xarici şəhərlərdə nümayəndəliklərinin açılmasına zəmin yaratmışdır. Bu gün SOCAR-ın İstanbul, Tehran, Astana, Buxarest, Frankfurt, Cenevrə, London, Vyana, Tbilisi və Kiyevdə nümayəndəlikləri, eləcə də Gürcüstan, İsveçrə və Türkiyədə törəmə şirkətləri fəaliyyət göstərir.

Bir sözlə, səfirliklərimizdə iqtisadi məsələlərə cavabdeh olan diplomatların təyin edilməsi qeyri-neft məhsullarımızın ixracı üçün yeni bazarlarda təmsilçi institutlarının gücləndirilməsinə xidmət edir. Artıq elə bu günün özündə əldə edilən nəticələr mühüm dəyişikliklərin olacağından xəbər verir.


Bahadur İMANQULİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM