28 Noyabr 2018 00:54
304
İQTİSADİYYAT
A- A+

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artacaq


Rusiya ilə İran arasında Azərbaycan ərazisindən keçən yükdaşımaları 2019-2021-ci illərdə 30 faiz artacaq. AZƏRTAC-ın məlumatına görə, bunu Rusiya Federasiyası Dövlət Dumasının Nəqliyyat və Tikinti Komitəsinin sədri Yevgeni Moskviçov "Rusiya nəqliyyatı” Beynəlxalq Forumundakı çıxışında söyləyib.

Rusiya ilə İran arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafından söz açan komitə sədri deyib: "Biz Azərbaycanla razılığa gəlmişik ki, Rusiya ilə Azərbaycan arasında İrana azad tranzit təşkil edilsin. Odur ki, hazırda İrana gedən və İrandan gələn yüklərin həcmi, zənnimcə, 2019-2021-ci illərdə 30 faiz artacaq”.

Azərbaycanın 2005-ci ildə qoşulduğu "Şimal-Cənub” dəhlizinin yaradılması Hindistandan Rusiyaya, habelə Şimali və Qərbi Avropaya yüklərin daşınması müddətini (indiki marşrutla 6 həftədən çox çəkir, "Şimal-Cənub” marşrutu ilə 3 həftə çəkəcəyi gözlənilir) azaltmaq məqsədi daşıyır.

Gözlənildiyinə görə, dəhlizin Azərbaycan ərazisindən keçən hissəsindən birinci mərhələdə 3 milyon, ikinci mərhələdə 5-8 milyon, üçüncü mərhələdə isə 15 milyon ton yük daşınacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video