28 Noyabr 2018 00:27
1700
ELANLAR
A- A+

Mütaliənin doğma səsi


"Azercell” yeni "Audio Kitablar” layihəsini təqdim edib


Artıq mobil telefonda kitab oxumaq daha rahat olacaq. Çünki "Azercell Telekom” öz abunəçilərinə elektron kitabların həm də səsli versiyasını yükləmək imkanını yaradıb. Yeni "Audio Kitablar” ("Audiobook”) xidməti çərçivəsində geniş oxucu rəğbəti qazanmış kitablar səsli formatda hazırlanıb.

Kitablar "Barama Media” mərkəzi tərəfindən Azərbaycan dilində səsləndirilib. İlk olaraq dünya və Azərbaycan klassik ədəbiyyatının tanınmış nümunələri istifadəçilərə təqdim edilib. Növbəti mərhələdə isə müasir ədəbiyyat nümunələrimizin də səsli versiyasının hazırlanması planlaşdırılıb.

"Audio Kitablar” layihəsinin təqdimat mərasimində "Bookmate” şirkətinin baş direktoru Andrey Bayev, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, şair və yazar Qismət Rüstəmov kimi tanınmış simalar, qonaqlar və jurnalistlər qatılıb. "Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxışı zamanı müasir cəmiyyətdə mütaliə mədəniyyətinin təbliğ olunmasının vacibliyindən, bu zəmində "Bookmate” və "Audio Kitablar” xidmətlərinin rolundan danışıb. O, həmçinin qeyd edib ki, müasir dövrün tələblərinə cavab verən, yaradıcılıq və internetin birgə ahəngini özündə birləşdirmiş bu xidmətlər həm məşhur ədəbiyyat nümunələrimizin, həm də müasir yaradıcılığın tanıdılmasında müstəsna rol oynayacaq. Tədbir Pantomim teatrının bədii nömrələri ilə müşayiət olunub.

"Audio Kitablar” xidməti "Azercell” şirkətinin "Bookmate” layihəsi çərçivəsində təqdim olunur. Bu xidmətin köməyilə mobil cihaz istifadəçiləri asudə vaxtlarında məkandan asılı olmayaraq istənilən yerdə arzuladıqları kitabları dinləyə bilərlər. Xidmətin məqsədi gənc nəslə ədəbiyyata marağı aşılamaq, doğma dilimizdə ədəbi kontentin geniş müstəvidə təbliğ olunmasına dəstək olmaqdır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video