27 Noyabr 2018 15:50
221
DÜNYA
A- A+

Paşinyanın müxalifət cəbhəsindəki keçmiş həmkarı onu düşünülməmiş addımlar atmaqda ittiham edib


Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın müxalifət cəbhəsindəki keçmiş həmkarı, qarşıdakı növbədənkənar parlament seçkilərində onun rəqibi olan respublika partiyasından deputatlığa namizədliyini irəli sürmüş David Şahnazaryan bildirib ki, bu seçkilərin keçirilməsi haqqında qərar kobud və təhlükəli səhv hesab edilməlidir.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Şahnazaryan yeni hökumətin başçısını düşünülməmiş addımlar atmaqda ittiham edib. Onun sözlərinə görə, qarşıdakı seçkilərin nəticələri ölkədəki daxili siyasi vəziyyəti əks etdirməyəcək. "Real vəziyyət yalnız seçkilərdən 2-3 ay sonra – Paşinyanın reytinqinin və siyasi gücünün tənəzzülü vaxtı məlum olacaq. Qarşıdakı seçkilərdə onun qələbəsi hakimiyyətin qeyri-legitim olması ilə nəticələnəcək”, -deyə Şahnazaryan əlavə edib.

Erməni siyasətçi, həmçinin "Sasna tsrer” terrorçu təşkilatının üzvlərinin hökumətin amnistiya aktı ilə azadlığa buraxılmasını və onların eyniadlı siyasi partiyada birləşməsini sərt tənqid edib. Şahnazaryan əlavə edib ki, "bu addım qrupun üzvlərinin atəş açdıqları qanun keşikçilərinə ən böyük həqarətdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video