27 Noyabr 2018 15:49
278
DÜNYA
A- A+

Avstriya əhalisi qeyri-sağlam həyat tərzinə görə tənqid olunub


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) növbəti illik "Sağlamlığa baxış” adlı hesabatını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Avropa ölkələrində səhiyyə sisteminin vəziyyəti və sağlamlığın qorunması üçün görülən tədbirlər əsasında tərtib olunan hesabatda Avstriya bu il də ürəkaçan mövqe tuta bilməyib. Bu ölkədə psixi xəstəliklər, eləcə də spirtli içkilərdən, nikotindən həddən artıq istifadə və qeyri-sağlam qidalanma ön planda dayanıb.

Avropa İttifaqında yaşı 18-dən yuxarı əhalinin orta hesabla 20 faizi siqaret çəkdiyi halda, Avstriyada bu göstərici 25 faizdir. Bununla da ölkə Mərkəzi və Qərbi Avropa ölkələri arasında arzuolunmaz birinci yerdə qərarlaşır. Avropada ən az siqaret çəkənlər İsveçdə (11 faiz), ən çox siqaret çəkənlər isə Bolqarıstanda (28 faiz) yaşayır.

Spirtli içkilərin qəbulunda da Avstriyanın vəziyyəti ürəkaçan deyil. Yaşı 18-dən yuxarı əhali adambaşına il ərzində orta hesabla 11,4 litr alkoqol qəbul edir. "Şərab ölkəsi” sayılan Fransada bu göstərici 11,7 litrə bərabərdir. Stereotiplərə rəğmən, Avropada ən az alkoqol istehlakı Yunanıstan (adambaşına 7 litr) və İtaliyanın (7,1 litr) payına düşür.

Avstriya Həkimlər Palatasının prezidenti Tomas Sekeres hesabatın nəticələrini mətbuat üçün şərh edərkən bildirib ki, bu göstəricilər Avstriyada səhiyyə siyasətinin sağlam həyat tərzi və zərərli vərdişlərə qarşı profilaktik tədbirlər istiqamətində tutarlı nəticələr vermədiyini sübut edir. Bu sahədə ictimai-iaşə obyektlərində tütün məmulatlarının qadağan edilməsi haqqında qanunun qüvvəyə minməsindən əvvəl ləğv edilməsi ən bariz nümunə sayıla bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video