Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə”2007-ci il 28 dekabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 598; 2004, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 521, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 130, № 9, maddə 980; 2016, № 10, maddə 1630; 2017, № 3, maddələr 353, 355; 2018, № 4, maddə 689, № 7 (I kitab), maddə 1503) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 11.22-ci bəndində "məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət qaldırmaq” sözləri "dayandırılması və ya qadağan edilməsi barədə qərar qəbul etmək” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1245; 2008, № 10, maddə 898; 2009, № 4, maddə 219, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 3, maddə 458; 2017, № 3, maddə 360) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8.24-cü bəndində "səlahiyyətləri daxilində təhlükəli təsərrüfat fəaliyyəti növləri üzrə” sözləri "fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2018-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xərçəngin müalicəsində yeni metod tapılıb
25 Aprel
“Bayden yəhudilərə nifrət edir” - Trampdan açıqlama
25 Aprel
23 İŞİD üzvü saxlanıldı - Türkiyədə
25 Aprel
Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq - QƏRAR
25 Aprel
Ukrayna ərazilərini buna görə itirib - Ağ Evdən AÇIQLAMA
25 Aprel
Hiss edirəm ki, qızıl medalla qayıdacam - Murad Fətiyev
25 Aprel
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!