27 Noyabr 2018 00:30
400
İQTİSADİYYAT
A- A+

Aqrar sektora göstərilən dövlət qayğısı bu sahəyə marağı artırıb


Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır, yeni fermer təsərrüfatları yaranır. Bunun da nəticəsində həm daxili bazarda bolluq yaranır, həm də ölkənin ixrac potensialı çoxalır.

İxtisasca bioloq olan Arif Qazıyev də dövlətin iş adamlarına göstərdiyi qayğıdan ruhlanaraq Samux rayonunun Ağasıbəyli kəndində fermer təsərrüfatı yaradıb. Özünə məxsus torpaq sahəsində bostan bitkiləri yetişdirməklə yanaşı, heyvandarlıq, quşçuluq və arıçılıqla da məşğul olur, hər il uğurlu göstəricilər qazanır. Hazırda təsərrüfatda xeyli iribuynuzlu və xırdabuynuzlu mal-qara var. Onların qış mövsümündə yemlə təminatında da problem yoxdur. Bunun üçün 0,5 hektarda yonca əkən fermer toplanan yemin mal-qaraya bəs etdiyini söyləyir. Təsərrüfatda 50 təknə arı ailəsi də saxlayır, hər il bal satmaqla da xeyli gəlir götürür.

Arif Qazıyev Azərbaycan Dövlət Aqrar Universitetinin dosentidir. Rusiya Təbiətşünaslıq Akademiyasının fəxri professorudur. Mətbuatda kənd təsərrüfatına aid məqalələrlə çıxış edir. Onunla təsərrüfatda görüşdük. Dedi ki, boş vaxtlarımda təsərrüfatla məşğul oluram. Hərdən tələbələrimi də bura gətirib təcrübə keçirəm.

Ölkə rəhbərinin iş adamlarına yaratdığı şəraiti yüksək qiymətləndirən və buna görə minnətdarlıq edən Arif Qazıyev söhbət əsnasında qeyd etdi ki, yaradılan şəraitdən bəhrələnərək, təsərrüfatı genişləndirmək fikrindədir. Bunun üçün kənddə pay torpaqları olan bir neçə nəfərlə danışıqlar aparır. Razılıq olsa, əkin sahələrini genişləndirərək taxıl əkmək arzusundadır. Hazırda gələn ilin bol məhsulu üçün hazırlıq işlərinə başlanılıb. Əkin sahələri təmizlənir, bostan bitkilərinin əkini üçün yer hazırlanır.

Təsərrüfatda 6 nəfər daimi işlə təmin edilmişdir. Məhsul satışından əldə olunan gəlir işçilər arasında münasib bölünür.

S.ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video