26 Noyabr 2018 22:27
1299
PARLAMENT
A- A+

Azərbaycan Avropa hüquq sisteminin ayrılmaz bir hissəsinə çevrilib


Noyabrın 26-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə komitə sədri Əli Hüseynli Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yüksək sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Avropa İttifaqı və quruma üzv ölkələrlə əlaqələrə xüsusi önəm verir.

Azərbaycanın Avropa hüquq sisteminin ayrılmaz bir hissəsinə çevrildiyini qeyd edən komitə sədri son illər ölkəmizin qazandığı nailiyyətlər barədə məlumat verib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Hüseynli qeyd edib ki Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunub. "Lakin təəssüflər olsun ki, bu sənədlər hələ də icra olunmur. Bu məsələyə Avropa İttifaqı və digər beynəlxalq qurumlar səssiz qalmamalıdır”,- deyə komitə sədri vurğulayıb.

Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden səfərinin məqsədlərindən danışaraq deyib: "Azərbaycana ilk səfərim olmasına baxmayaraq, ölkə ilə bağlı kifayət qədər məlumatlıyam. Regionun istər geosiyasi, istərsə də iqtisadi durumundan xəbərdaram. Bu səfər zamanı əsas məqsəd regiondakı vəziyyətlə bağlı daha dolğun məlumat əldə etməkdir”.

Söhbət zamanı terrorizmlə və onun maliyyələşdirilməsi ilə mübarizə məsələləri, ekstremizm, irqçilik, ksenofobiya ilə mübarizə məqsədilə mədəniyyətlərarası və dinlərarası dialoqun vacibliyi, terrorizmi yaradan səbəblərin aradan qaldırılmasının həlli yolları və s. kimi məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video