26 Noyabr 2018 22:22
1487
PARLAMENT
A- A+

Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə olunub


Noyabrın 26-da Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Ordenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə çox yaxşı əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən Səməd Seyidov ölkəmizdə Avropa Parlamenti ilə əlaqələrə önəm verildiyini bildirib. Komitə sədri qeyd edib ki, Azərbaycan Avropanın tərəfdaşı olmaqla yanaşı, qitənin problemlərinin həllinə kömək göstərməyə qadir ölkədir. "Azərbaycan hazırda Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Qarşılıqlı hörmət və ortaq maraqlar tərəfdaşlığımızın strateji bünövrəsini formalaşdırır. Ölkəmiz Avropa ölkələri, o cümlədən Böyük Britaniya ilə yaxşı əlaqələrə malikdir”,- deyə Səməd Seyidov vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Səməd Seyidov diqqətə çatdırıb ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti Cənubi Qafqaz bölgəsində sabitliyə və təhlükəsizliyə ciddi təhdiddir.

Sonra görüşdə deputat Asim Mollazadə fikirlərini bölüşərək hazırda dünya siyasətində baş verən hadisələrə, münaqişə bölgələrindəki vəziyyətə toxunub. Bildirib ki, Azərbaycan regionda təhlükəsizliyin qorunmasına və Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verir.

Söhbət zamanı Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Ordeni maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video