26 Noyabr 2018 17:51
1259
PARLAMENT
A- A+

Ceffri Van Orden: Avropa İttifaqı Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir


Noyabrın 26-da Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında genişlənən əlaqələrdə parlamentlərarası əməkdaşlığın rolu xüsusi vurğulanıb.

Cavanşir Feyziyev bildirib ki, son illər ərzində Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir, əlaqələrin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın xüsusi rolu var. Azərbaycan ilə Avropa İttifaqına üzv ölkələr arasında da yaxşı əlaqələrin olduğunu söyləyən C.Feyziyev diqqətə çatdırıb ki, Azərbaycan Avropa İttifaqının ən böyük ticarət tərəfdaşlarından biridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən deputat problemin ancaq beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin mümkün olduğunu diqqətə çatdırıb.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden ölkəmizdə şahidi olduğu inkişafın onda xoş təəssürat yaratdığını vurğulayıb. "Azərbaycanda gedən inkişaf insanların rifah halının yaxşı olmasından xəbər verir. Azərbaycan həm geosiyasi mövqeyinə görə, həm də iqtisadi inkişaf səviyyəsinə görə mühüm ölkədir”,- deyə Ceffri Van Orden vurğulayıb.

Ceffri Van Orden qeyd edib ki, Avropa İttifaqı Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir. O, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin qarşılıqlı maraq əsasında uğurla inkişaf etdiyini deyib. Zəngin təbii ehtiyatlara malik Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal layihələr ölkənin tərəqqisini daha da sürətləndirir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video