26 Noyabr 2018 17:03
683
Elm və texnika
A- A+

Buxarest Politexnik Universiteti Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır


Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyanın paytaxtı Buxarestdə səfərdə olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, F.Qurbanov səfər çərçivəsində Buxarest Politexnik Universiteti ilə tanış olub və bu ali məktəbin rektoru Mihnea Costoiu ilə görüşüb. Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin ikili diplom proqramları, birgə layihələrin və təşəbbüslərin maliyyələşdirilməsi ilə bağlı Avropanın müvafiq strukturlarına müraciət etmək imkanlarının nəzərdən keçirilməsi, qarşılıqlı təqaüdlərin tətbiqi, doktorantura səviyyəsində elmi təcrübələrin keçirilməsinin təşkili, tələbə və müəllimlərin akademik mübadiləsi və əməkdaşlığı ilə bağlı məsələlər üzrə söhbət aparılıb.

Buxarest Politexnik Universitetinin rektoru Mihnea Costoiu öz növbəsində ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Buxarest Politexnik Universiteti Rumıniyanın ən qədim, böyük və nüfuzlu universitetlərindən biridir. Bu il universitet 200 illiyini qeyd edir. Hazırda təhsil müəssisəsində modelləşdirmə prosesi davam edir. Avropa və beynəlxalq universitetlərlə sıx əməkdaşlıq edən universitet öz missiyasını təhsil, tədqiqat və innovasiyaların birləşdirilməsində görür ki, bu da bilik iqtisadiyyatına əsaslanan cəmiyyətin formalaşmasında əsas şərtlərdən biridir.

Universitetin məqsədi Cənubi-Şərqi Avropada aparıcı tədqiqat ali məktəbi olmaqdır.
"E-CORDA”nın baza məlumatlarına əsasən, Buxarest Politexnik Universiteti Avropa İttifaqı tərəfindən elmi tədqiqatları maliyyələşdirilən proqramlar üzrə Rumıniyada birinci yerdədir. Universitet elektrotexnika, kompüter və informasiya texnologiyaları, kimya mühəndisliyi, tibbi mühəndislik, robototexnika və digər müasir istiqamətlər üzrə fəaliyyət göstərir.

Hazırda universitetdə 30 minə yaxın tələbə təhsil alır. Onlardan 3 mini xarici vətəndaşlardır. Universitetdə tədris ingilis, fransız və alman dillərində aparılır. Ərazisi 50 hektar və 29 yataqxanası olan ali məktəbdə böyük idman kompleksi fəaliyyət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video